Modern.az

Fransada sağ mərkəzçilər prezidentliyə vahid namizəd seçir

Fransada sağ mərkəzçilər prezidentliyə vahid namizəd seçir

Dünya

20 Noyabr 2016, 13:39

Noyabrın 20-də Fransanın sağ mərkəzçi müxalifəti 2017-ci il prezident seçkilərində iştirak edəcək vahid namizədi müəyyənləşdirəcəklər.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu gün səhərdən ölkənin 10 mindən çox seçki məntəqəsi səsvermə üçün açılıb.

 

Namizədlərin əksəriyyəti – 7 nəfərdən 6-sı respublikaçıları təmsil edir. Bir nəfər Xristian-demokrat partiyasının təmsilçisidir.

 

Sosial soröğunun nəticələrinə görə, praymeriz liderləri arasında bu şəxslər var: keçmiş prezident Nikolya Sarkozi, Bordo şəhərinin meri Alen Jyuppe və keçmiş baş nazir Fransua Fiyon.

 

İlk turdakı səsvermənin nəticələri bu gün axşam açıqlanacaq.

 

İkinci tur noyabrın 27-nə təyin olunub.

 

Dövlət başçısı seçkiləri isə 2017-ci ilin aprel-may aylarında keçiriləcək.

 

Nikolya Sarkozi bundan əvvəl sələfi Fransua Ollandı Rusiya hakimiyyəti ilə münasibətlərinə görə tənqid edib.

 

Buna səbəb Rusiya prezidenti Vladimir Putinin Parisə səfərini təxirə salması ilə bağlı yaranan situasiya olmuşdu.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır