Modern.az

Lənkəranda ahıl ər-arvadın qətlə yetirildiyi məlum olub - YENİLƏNİB

Lənkəranda ahıl ər-arvadın qətlə yetirildiyi məlum olub - YENİLƏNİB

Aktual

22 Noyabr 2016, 20:15

 

Bu gün Lənkəranda günorta saatlarında yaşadıqları evdə meyitləri aşkarlanan ahıl ər-arvadın öldürüldüyü məlum olub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin yekun rəyində əksini tapıb.

 

Rəyə əsasən hər iki şəxsin bədənində və baş nahiyələrində xəsarətlər aşkarlanıb. Onların bu xəsarətlərdən öldüyü qənaətinə gəlinib.

 

Qeyd edək ki, bu gün günorta saatlarında Aydın Mirzəli oğlu Allahverdiyev və onun həyat yoldaşı Azadə Rəcəb Allahverdiyanın yaşadıqları evdə meyitləri aşkarlanıb. İlkin olaraq ahıl ər-arvadın qida zəhərlənməsindən öldüyü ehtimal edilirdi.

 

 

 

 

14:10

 

 

Lənkəran şəhərində ahıl ər-arvadın evlərində meyiti aşkarlanıb.

 

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə şəhərin  Şəhidlər xiyabanı 10 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev  və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti bu gün saat 13.00 radələrində tapılıb.

 

Ölümün səbəbləri hələlik məlum deyil. Onların hər ikisinin ağzından qan axdığı bildirilir.

 

 

Meyitlər müayinə üçün morqa aparılacaq.

 

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır