23 aprel 2018, Bazar ertəsi
Ana Səhifə - QARABAĞ - Ermənilər Dilqəmlə Şahbazı bir-birindən ayırıblar
Ermənilər Dilqəmlə Şahbazı bir-birindən ayırıblar
24.11.2016, 15:42

3 ilə yaxındır erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı bəzi müəmmalar hələ də aydınlığa qovuşmayıb.

 

Ş.Quliyevin qardaşı Manaf Quliyev ondan aldığı məktubda yazılanlarla bağlı açıqlama verərkən digər girov Dilqəm Əsgərovun vəziyyətinin yaxşı olmadığı demişdi. Hətta onun bildirdiyinə görə, Ş.Quliyev öz məktubunda D.Əsgərovu başqa yerə köçürdüklərini qeyd edibmiş.

 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a bildirmişdi ki, saxlanılan şəxs ailəsinə yazdığı məktubda digər saxlanılan şəxs barədə qətiyyən məlumat verə bilməz.

 

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə Modern.az-a növbəti açıqlamasında ermənilərin atasını başqa yerə köçürməsi ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib:

 

“Onsuz da atam və Şahbaz Quliyev əvvəldən bir yerdə saxlanılmır. Əldə etdiyim rəsmi və qeyri-rəsmi məlumatlara əsasən, tam əminliklə deyirəm ki, atam Şuşadakı həbsxanada saxlanılır. Amma Şahbaz Quliyev tamam başqa yerdədir”.

 

Girovun oğlu bildirib ki, Ş.Quliyevin yerini öyrənmək istəməsi səmərəsiz qalıb:

 

“Mən onun da yerini öyrənməyə cəhd etdim, amma “sənin nəyinə lazımdır?” deyərək mənə cavab vermədilər”.

 

K.Əsgərov noyabrın 23-də Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiə Komitəsinin İşçi qrupu yaratmasına da münasibət bildirib:

 

“Təbii ki, hər hansı bir cəhdin edilməsi yaxşıdır. İşçi qrupu da beynəlxalq təşkilatlara müraciət etməyə hazırlaşır. Mən bu 3 ildə döymədiyim qapı, müraciət etmədiyim beynəlxalq təşkilat qalmayıb. O təşkilatlar ki, 25 ildir Qarabağı ermənilrədən alıb bizə qaytara bilmir, onlardan nə isə gözləməyə dəyməz. Onlar Qarabağ məsələsində ikili standart nümayiş etdirdikləri kimi, girovların məsələsində də ikili oynayırlar. Mənim bir ümidim var, o da Ali Baş Komandan, cənab Prezident İlham Əliyevdir”.

 

2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, noyabrın 23-də Ermənistanda girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiəsi Komitəsinin iclası keçirilib. İclasda Müdafiə Komitəsinin 5 nəfərdən ibarət İşçi qrupunun yaradıldığı elan edilib, komitənin tərkibi də genişləndirilib. İşçi qrupunun həftədə bir dəfə iclasının keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Müdafiə Komitəsinin sədri Milli Məclisin sabiq deputatı Əlövsət Ağalarov seçilib.

 

Gülşən RAUFQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
BMT Baş katibi: “Soyuq müharibə qayıdıb”
23.04.2018, 11:13

BMT Baş katibi: “Soyuq müharibə qayıdıb”

Yəmən bombalandı: 20 ölü, 40 yaralı
23.04.2018, 11:12

Yəmən bombalandı: 20 ölü, 40 yaralı

İnam Kərimovun “Asan kənd təsərrüfatı” modeli üçün 11 maddə
23.04.2018, 11:10

İnam Kərimovun “Asan kənd təsərrüfatı” modeli üçün 11 maddə

Energetika nazirindən AÇIQLAMA: “Suallara aydınlıq gətiriləcək”
23.04.2018, 11:07

Energetika nazirindən AÇIQLAMA: “Suallara aydınlıq gətiriləcək”

Milli Məclis “Müdafiə haqqında” qanuna dəyişiklik edir   
23.04.2018, 11:07

Milli Məclis “Müdafiə haqqında” qanuna dəyişiklik edir  

Ermənistan parlamentinin spikeri Paşinyanı ziyarət etdi
23.04.2018, 10:57

Ermənistan parlamentinin spikeri Paşinyanı ziyarət etdi

SOCAR-ın III Beynəlxalq Forumu – rəsmilər Bakıya toplandı
23.04.2018, 10:55

SOCAR-ın III Beynəlxalq Forumu – rəsmilər Bakıya toplandı

Hüseyn Abdullayevin həbs olunub Bakıya gətirildiyi rəsmən TƏSDİQLƏNDİ - YENİLƏNİB - FOTO+VİDEO
23.04.2018, 10:33

Hüseyn Abdullayevin həbs olunub Bakıya gətirildiyi rəsmən TƏSDİQLƏNDİ - YENİLƏNİB - FOTO+VİDEO

İki ayda 176 azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib - RƏSMİ   
23.04.2018, 10:29

İki ayda 176 azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib - RƏSMİ  

Ermənistan hakimiyyəti Paşinyanı gizlədir
23.04.2018, 10:20

Ermənistan hakimiyyəti Paşinyanı gizlədir

DİM dövlət qulluğuna qəbul imtahanından keçən namizədlərə müraciət etdi
23.04.2018, 10:11

DİM dövlət qulluğuna qəbul imtahanından keçən namizədlərə müraciət etdi

Bu gün Eldar Mahmudovun generallarına hökm oxunacaq
23.04.2018, 10:02

Bu gün Eldar Mahmudovun generallarına hökm oxunacaq

Marşrut avtobuslarının hərəkət sxemi dəyişdi – SİYAHI
23.04.2018, 09:56

Marşrut avtobuslarının hərəkət sxemi dəyişdi – SİYAHI

Fəzail Ağamalı əlbəyaxa olduğu Hüseyn Abdullayevdən DANIŞDI: “...cavab verməlidir!”
23.04.2018, 09:49

Fəzail Ağamalı əlbəyaxa olduğu Hüseyn Abdullayevdən DANIŞDI: “...cavab verməlidir!”

Cəbhədə şiddətli atışma oldu 
23.04.2018, 09:47

Cəbhədə şiddətli atışma oldu 

AŞPA-nın yaz sessiyası başlayır
23.04.2018, 09:43

AŞPA-nın yaz sessiyası başlayır

Hazırlıq qruplarının oğlanlarına möhlət hüququ veriləcək
23.04.2018, 09:13

Hazırlıq qruplarının oğlanlarına möhlət hüququ veriləcək

Şimali Koreyada turist avtobusu aşdı - 30 ölü
23.04.2018, 09:09

Şimali Koreyada turist avtobusu aşdı - 30 ölü

Manatın bugünkü MƏZƏNNƏSİ
23.04.2018, 08:42

Manatın bugünkü MƏZƏNNƏSİ

Ermənilər Gürcüstanla sərhəd yolunu bağladılar
23.04.2018, 00:41

Ermənilər Gürcüstanla sərhəd yolunu bağladılar

Abid Şərifovun səhhəti pisləşdi – TƏCİLİ
23.04.2018, 00:28

Abid Şərifovun səhhəti pisləşdi – TƏCİLİ

Şəhriyar Məmmədyarov məğlub olub, sonuncu pilləyə düşdü
23.04.2018, 00:09

Şəhriyar Məmmədyarov məğlub olub, sonuncu pilləyə düşdü

ABŞ səfirliyi Ermənistan hökümətinə xəbərdarlıq etdi
23.04.2018, 00:04

ABŞ səfirliyi Ermənistan hökümətinə xəbərdarlıq etdi

Təyyarələr avtobusa çevrilir: Ayaqüstü yerlər təklif edilir   
22.04.2018, 23:21

Təyyarələr avtobusa çevrilir: Ayaqüstü yerlər təklif edilir  

Bakıda mənzildən 89 yaşlı qadının meyiti tapılıb
22.04.2018, 23:09

Bakıda mənzildən 89 yaşlı qadının meyiti tapılıb

"Yeməkləriniz çox dadlıdır, aşbazım istədiyimi qısa müddətdə hazırlayır" - Dünya şahmatının lideri 
22.04.2018, 22:36

"Yeməkləriniz çox dadlıdır, aşbazım istədiyimi qısa müddətdə hazırlayır" - Dünya şahmatının lideri 

Əfqanıstandakı güclü partlayışda ölənlərin sayı 57-ı çatdı - YENİLƏNİB
22.04.2018, 22:32

Əfqanıstandakı güclü partlayışda ölənlərin sayı 57-ı çatdı - YENİLƏNİB

Ləğv edilən komitənin mətbuat katibi jurnalistlərə təşəkkür etdi: “Həyat davam edir...”   
22.04.2018, 22:24

Ləğv edilən komitənin mətbuat katibi jurnalistlərə təşəkkür etdi: “Həyat davam edir...”  

Qurbanovun yeni rekordu - Mircavadova çatdı 
22.04.2018, 21:51

Qurbanovun yeni rekordu - Mircavadova çatdı 

Alim-Hakim Hacıbala
22.04.2018, 21:30

Alim-Hakim Hacıbala

Jurnalisti canlı yayımda güllələdilər
22.04.2018, 21:12

Jurnalisti canlı yayımda güllələdilər

“Qarabağ” 5-ci dəfə Azərbaycan çempionu oldu
22.04.2018, 21:03

Qarabağ 5-ci dəfə Azərbaycan çempionu oldu

Rezidentura təhsilini verəcək  müəssisələrin adları müəyyənləşib
22.04.2018, 20:37

Rezidentura təhsilini verəcək  müəssisələrin adları müəyyənləşib

Dövlət qulluğuna qəbul üçün test imtahanlarının nəticələri məlum oldu
22.04.2018, 20:28

Dövlət qulluğuna qəbul üçün test imtahanlarının nəticələri məlum oldu

Erməni artistlər fəxri adlardan imtına edirlər
22.04.2018, 20:15

Erməni artistlər fəxri adlardan imtına edirlər

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(8.47%)
İmtahan qiymətləri normalıdr(5.08%)
İmtahan qiymətləri aşağıdır(1.69%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(71.1%)
İmtahan qiymətləri azaldılmalıdır(3.38%)
İmtahan qiymətləri artırılmalıdır(10.1%)