Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirəsi üçün Almaniyanın Hamburq şəhərində görüşəcəyi dəqiq deyil.
Modern.az saytının xəbərinə görə, bunu Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan tert.am-a açıqlamasında bildirib.
O, Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan rəhbəri Serj Sarkisyanın görüşə hazır olub-olmadıqları haqda suala isə belə cavab verib:
“Görüş olanda bu haqda xəbər veriləcək. Daha dəqiq desək, bu görüş olacaqsa...”-deyə o qeyd edib.
S.Koçaryan görüşün baş tutub-tutmamasının nədən asılı olduğuna dair sualı isə cavablandırmayıb.
Aqşin KƏRİMOV