22 yanvar 2017, Bazar
Ana Səhifə - MÜSAHİBƏ - Deputat: “Yalanlara cavab verməyə vaxtım yoxdur” – MÜSAHİBƏ
Deputat: “Yalanlara cavab verməyə vaxtım yoxdur” – MÜSAHİBƏ
03.12.2016, 11:01

Cavid Osmanov: “Guya mənim radikal dinçilərlə əlaqələrim var”

 

“Heç bir icra başçısı ilə də pis münasibətim olmayıb”

 

Milli Məclisə təkrar seçkilərdə Ağdaşdan deputat seçilən Cavid Osmanov Modern.az saytının qonağı olub və saytımıza müsahibə verib.

 

- Cavid müəllim, təkrar seçkilər zamanı deputat seçildiniz. Milli Məclisə həmkarlarınızdan sonra  gəlməyinizlə bağlı çətinlikləriniz oldumu?

- Təkrar seçkilərə qatılana qədər müəyyən vəzifələrdə çalışmışam. İnsanlarla işləməyi və onlarla ünsiyyət qurmağı çox sevirəm. Bu baxımdan hər hansı çətinlik olmadı. Sadəcə, 124 nəfərdən sonra deputat seçilmək ilk günlərdə bir qədər ağır oldu. İndi isə hər şey tam qaydasındadır.

Onu da deyim ki, başqa sahələrdə çalışdığım vaxtlar bir çox millət vəkili ilə sıx münasibətim olub. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri olduğum üçün xüsusilə, YAP tərəfindən seçilmiş millət vəkilləri ilə hər zaman ünsiyyətdə olmuşam. Hətta onların arasında dostluq etdiyim insanlar da var. 

 

- O zaman müxtəlif xarakterli insanlarla dostluq etməyi bacarırsınız.

- İnsan harda təmsil olunmasından asılı olmayaraq ətrafı və dostları həmişə olur. Fərqi yoxdur, millət vəkilisən, nazirsən və yaxud da adi vətəndaşsan. 

 

- Belə görünür ki, xaraktercə mülayimsiniz?


- Mənə görə insan dünyaya bir dəfə gəlir və buna görə də yaxşı əməlləri ilə yadda qalmalıdır. Bu baxımdan imkanım daxilində çalışıram ki, insanlara əlimdən gələn köməyi göstərim. 

 

- Bəzi həmkarlarınız deputat seçildikdən  sonra mətbuata tam qapalı olurlar. Qısası, seçki öncəsi pafoslu çıxışlar etmələrinə baxmayaraq, deputat kürsüsünə əyləşəndən sonra hər şey dəyişir.

 

- Heç bir həmkarım haqqında bir söz deyə bilmərəm. Deyə bilmərəm ki, kim dəyişir, kim dəyişmir. Düzü, dediyiniz halla qarşılaşmamışam. Ancaq özümə cavabdeh ola bilərəm. 5 il,10 il, 15 il  bundan qabaq necə insan idimsə, indi də eləyəm. Dəyişən odur ki, seçicilər qarşısında məsuliyyətim atrıb.

 

- Təhsilinizlə bağlı mətbuatda müəyyən fikirlər dərc olunub. Yəqin ki, bundan xəbəriniz var.

 

- Təhsil Nazirliyinin xətti ilə Misirə təhsil almağa göndərilmişdim. 1994-cü illər idi. Nazirlik imtahan keçirirdi. Mən də həmin vaxt Misirin paytaxtı Qahirə universitetində ingilis dilində təhsil aldım. Təhsilin ilk il yarımını dil öyrənməyə ayırırdılar. 2 ildən sonra Təhsil Nazirliyinin xətti ilə  Dövlət İdarəçilik Akademiyasınına köçürülmüşəm. Qahirədə oxuduğum müddətdə diplom almamışam. Fakültə iqtisadiyyat və menecment olub. “Saxta” diplom sözünü işlətməkdə yanlışlığa yol veriblər.

Seçki ərəfəsində qara PR deyilən məsələ olur. İstənilən demokratik dövlətdə bu cür hallar var. Ona görə də bu cür məsələlərin nə fərqinə varırdım, nə də fikir verirdim. Ağdaş rayonunda doğulub boya-başa çatmışam. Ailəm orada yaşayır. Oranın insanları məni yaxşı tanıyır. Ona görə də haqqımda yazılanları qəbul etmirdilər.

 

-1994-cü ildə Misirdə təhsil alarkən Azərbaycanda vəziyyət çətin idi. Sovet imperiyasından yeni ayrılmışdıq. Yeni müstəqillik əldə etmişdik. Təhsil aldığınız ölkədə Azərbaycan necə görünürdü?

 

-1994-1996-cı illərdə Qahirədə olmuşam. Orta məktəbi 1992-ci ildə bitirmişdim. O zamanlar 19  yaşım vardı. O zamanlar yadımda qalan bir məqam var. Orada yaşayan tələbələr öz ölkələrinin səfirliklərinə müraciət edirdilər. Azərbaycan səfirliyini axtarıb tapmaq üçün yerli əhaliyə müraciət edəndə bizi başa düşmürdülər. Yəni Azərbaycan adlı dövlət var? Amma Heydər Əliyev deyəndə bizi dərhal başa düşürdülər. 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlmişdi. Bu gün tolerantlıqda, inkişaf etmək tərzində bütün dünya Azərbaycana qibtə edir. Bunun bünövrəsini Ulu öndər Heydər Əliyev qoyub. Bu gün Cənab prezident İlham Əliyev həmin siyasi kursu davam etdirir.

 

- Dinlə aranız necədir?

 

- Normal. Amma dindar deyiləm. Namaz da qılmıram.

 

- Əslində, birbaşa soruşmaqda sözümün canı var. Seçki öncəsi sizi müxtəlif dini cərəyanlarla iş birliyində günahlandırırdılar.

 

 

-Xəbərim var. Guya mənim radikal dinçilərlə əlaqələrim var. Müxtəlif dini cərəyanlarla iş birliyində adımı hallandırdılar. Məlumat üçün bildirim ki, Ağdaş rayon icra başçısının birinci müavini işləyəndə rayon icra başçısı yanında dini komissiyasının sədri olmuşam.

 

- Belə deyək, birbaşa dini komissiyaya rəhbərlik etməyiniz, haqqınızda əməlli şaiyələrə yol açıb.

 

- Əslində, çoxlarının dini komissiyanın sədri olub-olmamağım barədə məlumatı olmayıb. Düşünürəm ki, bir insanı gözdən salmaq üçün şər-böhtan atmaq ən asan yoldur. Haqqımızda yazılanları insanların necə qəbul etməsi çox önəmlidir. Ağdaş rayonunda insanlar məni çox yaxşı tanıyır. Bilirlər ki, radikal dinə qarşı hər zaman konkret mövqe bildirmişəm.

 

- Ağdaş rayon icra başçısı Tofiq İbrahimovla aranızın soyuq olduğu onunla əsaslandırılır ki, sizi  birinci müavinlikdən uzaqlaşdırmağa çalışıb. Bilmək olarmı,  nəyə əsasən bu qənaətə gəlinib?

 

- İcra hakimiyyəti ilə mənim aramda guya, hansısa məsələlərin olması xəbəri seçki öncəsi yazılırdı. Bildiyiniz kimi, icra başçılarının seçki prosesinə müdaxiləsi ola bilməz. İlk növbədə, bu YAP-ın qərarı idi. Partiya mənə böyük etimad göstərib. Mən də millət vəkili olaraq bu etimadı hər zaman doğrultmağa çalışacam. 

10 il icra başçısının birinci müavini vəzifəsində çalışmışam. Bu illər ərzində iki icra başçısı ilə işləmişəm. Heç bir icra başçısı ilə də pis münasibətim olmayıb. Hazırda da münasibətlərimiz çox əladır. Qeyd etdiyiniz məsələlər dedi-qodulardır. Bunlara cavab vermək, bu kimi məsələlərə vaxt ayırmaq gərəksizdir.

- Cavid müəllim, seçicilərinizlə görüşlər keçirərkən əsasən nə barədə kömək istəyirlər?

- Seçicilər tərəfindən müxtəlif problemlər qabardılır. Bir məqamı qeyd edim. Rayonla birbaşa əlaqədə olduğumdan insanların hansı sahədə problemlərinin olduğundan kifayət qədər xəbərim var.

 

- Təkrar seçkilər zamanı müxalifət partiyasından rəqib namizədiniz vardı. Söhbət Ümid partiyasının sədri İqbal Ağazadədən gedir.  İqbal Ağazadə, deputat seçiləcəyinə çox   iddialı idi. Bildiyiniz kimi, o da bir neçə çağırış Milli Məclisin tanınmış deputatlarından olub. Həm də siyasi arenada da çox yaxşı tanınır. Həmin dönəmlərdə İqbal Ağazadə ilə rəqib namizəd olaraq  görüşdünüzmü?

 

- İqbal Ağazadə ilə heç bir təmasım olmayıb. Əvvəllər də tanışlığımız olmayıb. YAP-ın rayon təşkilatında fəaliyyət göstərmişəm. 90 saylı dairə seçki komissiyasının ərazisində olan bütün yaşayış məntəqələrində seçicilərimlə görüşlər keçirmişəm. Onu da deyim ki, bu, Cavid Osmanovun qələbəsi deyil. İlk növbədə YAP-ın qələbəsidir. Çünki oranın namizədiyəm. Eyni zamanda, Ağdaşdakı seçicilərimə çox böyük minnətdarlıq edirəm. Böyük səs üstünlüyü ilə bu qələbə başa gəldi. Təxminən, 86%-ə kimi səs topladıq. Seçki prosesində də özümü çox rahat hiss etdim. Çünki Ağdaşda işlədiyim zaman oranın insanları ilə daima xoş ünsiyyətdə olmuşam.

 

- Milli Məclisdə parta yoldaşınız kimdir?

 

- Kəmaləddin Qafarov.

 

- Parta yoldaşınızdan razısınızmı?

- Kəmaləddin Qafarov çox ünsiyyətcil insandır. Təxminən, eyni yaşda olduğumuzdan fikirlərimiz də əksər hallarda, üst-üstə düşür.

 

-Bir az da ailəniz barədə danışaq. Övladlarınız varmı?

 

-2 qızım var. 9-cu və 11-ci siniflərdə oxuyurlar.

 

-Qızlarınızla yaxşı dost ola bilirsinizmi? İxtisas seçiminə qarışan valideynlərdən hesab edə bilərikmi sizi?

 

- Hər şeydən öncə onların təhsili məni daha çox maraqlandırır. Yaxşı oxuyurlar. Test imtahanlarından da hələ ki, yaxşı keçirlər. Övladlarımın peşə seçimlərinə müdaxilə etmirəm. Onların qərarlarına da hörmətlə yanaşıram. Bu, onların həyatıdır. Hər halda, onlar da hansı sahədə özlərini daha yaxşı görürlərsə o sahə ilə də gedəcəklər.

 

-Futbolla aranız necədir? Yeri gəlmişkən, həmkarlarınız tez-tez bir araya gəlib futbol oynayır.

 

- Futbol izləməyi də, oynamağı da çox sevirəm. Çox xanımlar kişilərin futbol oynamasını xoşlamır. Deputat həmkarlarıma gəlincə, 2017-ci ildən mən də onların cərgəsinə qoşulacam. Həm də sağlamlığa çox xeyirdir.

 

- Futboldan söz düşmüşkən, idmançıların dopinq qəbul etməsi ilə  bağlı “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında”qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.  Bu barədə siz nə deyə bilərsiniz?

 

- Bu qanun layihəsi çox vacib bir məsələdir. Çünki Azərbaycan idmançıları cənab Prezidentin rəhbərliyi və onun qayğısı nəticəsində öz sözünü deyir. Dövlətimizin, xalqımızın adına qara ləkə gəlməsin deyə, hansısa idmançımızın dopinqə görə medalının əlindən alınmaması üçün çox vacib qanun layihəsidir.

 

Namidə BİNGÖL

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
22.01.2017, 01:06

ABŞ prezidenti Britaniya baş naziri ilə görüşəcək

22.01.2017, 00:44

Qaçqınlar arasında nikahlara qadağa...

22.01.2017, 00:29

Bombalanan qaçqın düşərgəsində ölənlərin sayı 236 nəfərə çatıb

22.01.2017, 00:14

8 il vitse-prezident oldu və evinə qatarla getdi - FOTO

21.01.2017, 23:57

Taliban yaraqlıları 43 nəfəri qətlə yetirib

21.01.2017, 23:42

Murad Dadaşov qəzaya düşüb

21.01.2017, 23:28

“ABŞ-la əməkdaşlıq zəruridir” - Mövlud Çavuşoğlu

21.01.2017, 23:10

Tramp “Obamacare” ilə bağlı vədinə əməl edir

21.01.2017, 22:47

Madriddə erməni təxribatına etiraz edilib

21.01.2017, 22:29

Pan Gi Munun qardaşının rüşvətə görə həbsi tələb edilir

21.01.2017, 22:13

ABŞ Suriya danışıqlarına xüsusi nümayəndə göndərməyəcək

21.01.2017, 21:57

Runi “Mançester Yunayted” tarixinin ən yaxşı bombardiri oldu

21.01.2017, 21:38

Trampın andiçməsinə azərbaycanlı xanım da qatılıb

21.01.2017, 21:24

Lapşin Azərbaycan prezidentindən ÜZR İSTƏYİB

21.01.2017, 21:10

Masallıda ev quşları kütləvi qırılır

21.01.2017, 20:54

Rusiya İŞİD-in mövqelərini bombalayıb

21.01.2017, 20:40

Lavrova Qarabağla bağlı sual verən telejurnalist işdən çıxarılıb

21.01.2017, 20:27

Səudiyyə Ərəbistanında terror aktı törədildi

21.01.2017, 20:16

Gəncədə hamilə qadın ölüb

21.01.2017, 20:02

Həmişəlik yoxa çıxan sərnişin təyyarələri: SİYAHI

21.01.2017, 18:13

“Mən müəllim olsaydım...” - V sinif şagirdinin müəllimlər barədə İRADLARI

21.01.2017, 18:08

Acun İlıcalı bu axşam "Survivor 2017"yə başlayır - HEYƏTLƏR

21.01.2017, 17:31

Həkim intihara cəhd edən qızı zorlamaq istədi

21.01.2017, 16:57

DTX rəisi və müavininə dövlət komissiyalarında yer verildi

21.01.2017, 16:47

Azərbaycanda “Lisenziyalar və icazələr” portalı yaradılır

21.01.2017, 16:40

Azərbaycan diasporu Ukraynada 20 Yanvar şəhidlərini yad etdi

21.01.2017, 16:29

Əməkdar artist: “Bu gün həyatda özümə yer tapa bilmirəm” - MÜSAHİBƏ

21.01.2017, 16:13

Çevik Polis Alayında əməliyyat müşavirəsi: cinayət və inzibati xətalar ARTIB

21.01.2017, 15:52

Prezident qaçqın və məcburi köçkünlərlə bağlı sərəncam verdi

21.01.2017, 15:46

“Yeni səsli, yeni imzalı ədəbi qüvvələrin” sorağında

21.01.2017, 15:41

Qafqaz türklərində fikri cərəyanlar - Bu barədə ilk dəfə

21.01.2017, 15:33

“Arvadımla daha çox bir yerdə olmaq istəyirəm”

21.01.2017, 15:27

Bəzi məktəblər 11 illik təhsildən məhrum ediləcək

21.01.2017, 14:33

Falçıya gedən qadın fahişəliyə məcbur edildi

21.01.2017, 14:22

Moldova Ombudsmanı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşuldu

ARXİV