16 oktyabr 2018, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - Deputat hökumətdən 7 suala cavab TƏLƏB ETDİ: “Bu təxribatdır, yoxsa saymazlıq?”
Deputat hökumətdən 7 suala cavab TƏLƏB ETDİ: “Bu təxribatdır, yoxsa saymazlıq?”
07.12.2016, 12:36

Milli Məclisdəki büdcə müzakirələri zamanı çıxış edən deputat Əli Məsimli Azərbaycan hökumətinə 7 sual ünvanlayıb.

Modern.az saytı xəbər verir ki, Ə.Məsimli çox vacib hesab etdiyi həmin suallara hökumətdən cavab istəyib.

“Hələ də çox vacib suallar cavasız qalır. Mərkəzi Bankın sədri tərəfindən bəzi suallar cavablandırıldı. Amma cavablandırılmayan vacib suallar qalır.. Bu gün büdcə müzakirəsindən Azərbaycan cəmiyyətinin çox böyük gözləntiləri var.
Bu dəfə sualları mən Azərbaycan cəmiyyətinin gözləntiləri baxımından qaldırıram”.

Əli Məsimli cəmiyyəti, insanları dərindən narahat edən həmin suallara hökumətin cavab tapmalı olduğunu bildirib:

Deputat hökumətə aşağıdakı suallarla müraciət edib:

“Birinci sual: Azərbaycanda indi getdikcə dərinləşməkdə olan böhran nə zaman səngiyəcək?

İkinci sual: Azərbaycanda 3-cü şok devalvasiya olacaqmı? Yaxud da aparılan indiki maliyyə- kredit siyasəti Azərbaycanı 3-cü şok devalvasiyaya aparmırmı?

Üçüncü sual: Manat nə zaman etibarlı şəkildə sabitləşəcək?

Dördüncü sual: Qiymətlər sürətlə artır. Xüsusilə də xaricdən gələn mallatrın qiymətləri… Belə bir şəraitdə əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsi aşağı düşməyə başlayıb. Ona görə də əhalinin aztəminatlı təbəqəsinin sosail müdafiəsi istiqamətində görülən tədbirlərlə yanaşı, büdcədən maliyyələşən və az maaş alan təbəqənin maaşları artacaqmı?

Beşincisual: Xarici valyutada olan kreditlərlə bağlı vətəndaşlara konkret güzəştlər ediləcəmi?

Altıncı sual: İqtisadiyyat naziri Milli Məclisdə çox gözəl bir müqayisə apardı. Yoxlamalar 1 il ərzində 67 mindən 67-yə enib. Sahibkarlar bu müdət ərzində 67 min dəfə rüşvət verib. Bəs bu sahibkarları soyan məmur özbaşınalıqlarına son qoyulacaqmı?

Yeddinci sual: Vergi yükünün yüngülləşdirilməsi istiqamətində addımlar atılacaqmı? İndiki dövrdə iqtisadi fəallığı artırmaqdan ötrü mütləq vergi yükü aşağı salınmalıdır”.


Deputat bildirib ki, indiki dövrdə iqtisadi fəallığı artırmaqdan ötrü mütləq vergi yükü aşağı salınmalıdır.

“Bu 7 suala müsbət cavab verməkdən ötrü Azərbaycan prezidentinin bu ilin əvvəlində siyasi iradə nəticəsində başladıtğı iqtisadi siyasətin təmin edilməsinə hökumət komandasının bir hissəsi ilə yox, tam tərkibdə, vahid komanda şəklində qoşulmalıdır”.


Əli Məsimli xüsusi olaraq vurğulayıb ki, hökumət prezidentin iqtisadi sahədə imzaladığı fərman və sərəncamlarına qarşı etinasız və laqeyd yanaşır:


“Azərbaycan prezidentinin fərmanlarına baxılsın. Prezident 2 ay, yaxud 3 ay aydiyyatı orqanlara zaman verib. Prezident 2 ay vaxt verəndə dəqiq bilir ki, bu işi 1 aya, 3 ay vaxt verəndə isə dəqiq bilir ki, 2 aya görmək olar.
Niyə onu 6-7 aya əmələ gətirmək olmur? Bu təxribatdır, yoxsa səriştəsizlikdir, yoxsa saymazlıqdır?

Digər tərəfdən, prezident çıxışlarında sahibkarlığın inkişafı üçün görülən işlərdən danışanda, hər zaman bu istiqamətdə insanları iqtisadi fəaliyyətə həvəsləndirən ifadələr işlədib. Amma burda oturan aydiyyatə orqanların rəhbərləri hansısa sahibkar yeni işə başlayan kimi tələb irəli sürülər: “Biz heç nə bilmirik, bizim payımızı verin!”. Həmin orqan rəhbərlərinin,qanunsuz tələblər qoyan  işçilərinin cəzalandırılaraq televiziya vasitəsilə insanlara göstərilməsi üçünAzərbaycan hökuməti hansısa işlər görəcəkmi?
Dövlət Neft Fondundan vəsaiti azaldırıq, amma əlavə vəsaitlər əldə etmək imkanları aşağıdır. Əgər bu il 3 faizə qədər enmə olacaqsa, gələn il həmən hiss olunacaq. Yəni büdcəyə artım vasitəsilə vəsait daxil ola bilməyəcək. O zaman nədən istifadə etmək lazımdır? Mövcud resursların ölkə daxilindəki və xaricindəki yenidən bölgüsü olmalıdır. Bu bütün dünya praktikasında ən yaxşı üsullarında biri korrupsiyaya qarşı müabrizənin gücləndirilməsi və korrupsiya pullarının yenidən büdcəyə qaytarılmasıdır. Kölgə iqtisadiyyatının 10 faiz daraldılması Azərbaycan büdcəsinə yarım milyard manatdan çox vəsaitin daxil olmasına gətirib çıxardar. Halbuki, insanları narazı salmaqla, qazın və işığın qiymətinin artırılması nəticəsində büdcəyə 300 milyon manat pul daxil olacaq. 300 milyona görə bu qədər narazılığa dəyərdimi?..”.


Deputat onu da vurğulayıb ki, Tarif Şurasının son qərarı istehsal müəssisələri və iş yerlərinin bağlanması ilə nəticələnəcək.


“Bir yandan hökumət yeni istehsal sahələri açmaqla, yeni iş yerləri yaradır, digər tərəfdən isə qaz və elektrik enerjisinin qiymətini qaldırmaqla yaradılan istehsal sahələrini bağlamış, iş yerlərini qapatmış olur. Təsəvvür edin, indi istixanası və ya emal, istehsal obyekti olan şəxs dünənə kimi 20-30 min manat yanacağa və elektrik enerjisinə vəsait xərcləyirdisə, qiymətlərin qaldırılması şəraitində bu xərclər iki dəfə artacaq. Bu halda, yəni, sahibkar artan xərcə görə qiymətləri qaldırmalıdır. Qiymətləri qaldırsa, sahibkar rəqabətdə uduzacaq. O, məhsulunu daxili və xarici bazarda sata bilməyəcək. Nəticədə fəaliyyətlərini dayandıracaqlar. Bu da işsizliyin artmasına səbəb olacaq”-deyə, millət vəkili vurğulayıb.
Ə.Məsimli hesab edir ki, hökumətin belə bir “yarımçıq siyasəti” neftdənkənar sahənin inkişafına ciddi mane olan amildir.


Ağa AKİFOĞLU


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Badamdarda son durum: Sürüşmə sahəsində aktivlik davam edir
16.10.2018, 09:37

Badamdarda son durum: Sürüşmə sahəsində aktivlik davam edir

Şamaxıda zəlzələ oldu
16.10.2018, 09:34

Şamaxıda zəlzələ oldu

Baş nazir bu qurumun nizamnamə və strukturunu təsdiq etdi 
16.10.2018, 09:10

Baş nazir bu qurumun nizamnamə və strukturunu təsdiq etdi 

Azərbaycanda yeni mərkəz yaradıldı
16.10.2018, 09:08

Azərbaycanda yeni mərkəz yaradıldı

Universitetlər publik hüquqi şəxsə çevrildi - Ali məktəblərdə nələr dəyişdi?
16.10.2018, 09:07

Universitetlər publik hüquqi şəxsə çevrildi - Ali məktəblərdə nələr dəyişdi?

Milli Məclis bu gün TOPLANIR
16.10.2018, 08:55

Milli Məclis bu gün TOPLANIR

“Heç kimin xəbəri yoxdur ki, Xırdalan şəhəri batır” - Memar böyük təhlükədən XƏBƏR VERDİ   
16.10.2018, 08:52

“Heç kimin xəbəri yoxdur ki, Xırdalan şəhəri batır” - Memar böyük təhlükədən XƏBƏR VERDİ  

Millətlər Liqasında 4-cü tur bu gün yekunlaşacaq - TƏQVİM   
16.10.2018, 08:17

Millətlər Liqasında 4-cü tur bu gün yekunlaşacaq - TƏQVİM  

Millətlər Liqasında daha 7 oyun keçirildi - NƏTİCƏLƏR
16.10.2018, 08:12

Millətlər Liqasında daha 7 oyun keçirildi - NƏTİCƏLƏR

Manatın kursu dəyişir? - MƏZƏNNƏ
16.10.2018, 07:56

Manatın kursu dəyişir? - MƏZƏNNƏ

Qarabağ qazisi Etimad Əsədov vəfat etdi   
16.10.2018, 07:55

Qarabağ qazisi Etimad Əsədov vəfat etdi  

Azərbaycanla İrlandiya arasında əməkdaşlıq müzakirə edilib
16.10.2018, 01:00

Azərbaycanla İrlandiya arasında əməkdaşlıq müzakirə edilib

İŞİD 700 dinc sakini girov götürüb
16.10.2018, 00:37

İŞİD 700 dinc sakini girov götürüb

Prezident jurnalistin qətlindən danışdı
16.10.2018, 00:27

Prezident jurnalistin qətlindən danışdı

Bu ölkə Avroviziyadan imtina etdi
16.10.2018, 00:09

Bu ölkə Avroviziyadan imtina etdi

Bu vulkan kül püskürməyə başlayıb
15.10.2018, 23:51

Bu vulkan kül püskürməyə başlayıb

Turistlər Azərbaycanda bank kartları ilə 1 milyard manat xərcləyiblər
15.10.2018, 23:42

Turistlər Azərbaycanda bank kartları ilə 1 milyard manat xərcləyiblər

ABŞ Xarici işlər naziri Türkiyəyə gəlir
15.10.2018, 23:27

ABŞ Xarici işlər naziri Türkiyəyə gəlir

Azərbaycan nefti ucuzlaşıb
15.10.2018, 23:09

Azərbaycan nefti ucuzlaşıb

Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil oldu
15.10.2018, 22:53

Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil oldu

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
15.10.2018, 22:40

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Meyvezer Həbibin çağırışına cavab verdi
15.10.2018, 22:23

Meyvezer Həbibin çağırışına cavab verdi

Sürüşmə zonasında gərginlik qalmaqdadır
15.10.2018, 22:12

Sürüşmə zonasında gərginlik qalmaqdadır

İsrail əsgərləri Qəzzada 80 fələstinlini yaralayıb
15.10.2018, 21:59

İsrail əsgərləri Qəzzada 80 fələstinlini yaralayıb

“Ermənistanın sülhə necə hazır olduğu seçkilərdən sonra aydın olacaq” – Elmar Məmmədyarov
15.10.2018, 21:46

“Ermənistanın sülhə necə hazır olduğu seçkilərdən sonra aydın olacaq” – Elmar Məmmədyarov

Fırtına nəticəsində 17 nəfər xəsarət aldı
15.10.2018, 21:31

Fırtına nəticəsində 17 nəfər xəsarət aldı

Əsgərləri daşıyan mikroavtobus aşıb
15.10.2018, 21:19

Əsgərləri daşıyan mikroavtobus aşıb

QHT Şurası Şəkidə ictimai müzakirə təşkil etdi - FOTOLAR
15.10.2018, 21:05

QHT Şurası Şəkidə ictimai müzakirə təşkil etdi - FOTOLAR

Cüdo üzrə səkkizinci “World Masters” turniri bu şəhərdə keçiriləcək
15.10.2018, 20:53

Cüdo üzrə səkkizinci “World Masters” turniri bu şəhərdə keçiriləcək

HTC yeni model telefonunu istifadəçilərə təqdim edəcək
15.10.2018, 20:41

HTC yeni model telefonunu istifadəçilərə təqdim edəcək

Qanunsuz yolla satışı planlaşdırılan 30 tarixi əsər aşkarlandı
15.10.2018, 20:27

Qanunsuz yolla satışı planlaşdırılan 30 tarixi əsər aşkarlandı

Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib
15.10.2018, 20:13

Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib

Bu il 60 min ton pambığın yığılması planlaşdırılır
15.10.2018, 20:01

Bu il 60 min ton pambığın yığılması planlaşdırılır

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı
15.10.2018, 19:40

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
15.10.2018, 19:21

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Azərbaycanda kriptoqrafiya açarları uğurla dəyişdirildi
15.10.2018, 19:10

Azərbaycanda kriptoqrafiya açarları uğurla dəyişdirildi

Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədri ilə görüşdü
15.10.2018, 18:58

Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədri ilə görüşdü

Ölkə başçısı körpələr evi-uşaq bağçasının açılışında - FOTO
15.10.2018, 18:50

Ölkə başçısı körpələr evi-uşaq bağçasının açılışında - FOTO

Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüş olmayıb - RƏSMİ 
15.10.2018, 18:45

Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüş olmayıb - RƏSMİ 

İçməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışı oldu - FOTO
15.10.2018, 18:42

İçməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışı oldu - FOTO

Astara üçün 10 milyon manat ayrıldı
15.10.2018, 18:35

Astara üçün 10 milyon manat ayrıldı

Lerikdə Bayraq Muzeyi istifadəyə verildi - FOTO
15.10.2018, 18:34

Lerikdə Bayraq Muzeyi istifadəyə verildi - FOTO

Prezident Lerikdə bina tikintisinə pul ayırdı
15.10.2018, 18:29

Prezident Lerikdə bina tikintisinə pul ayırdı

2 yeni məktəb tikiləcək -SƏRƏNCAM
15.10.2018, 18:28

2 yeni məktəb tikiləcək -SƏRƏNCAM

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü
15.10.2018, 18:26

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü

Ağcabədidə piyada ölümü
15.10.2018, 18:17

Ağcabədidə piyada ölümü

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı
15.10.2018, 18:14

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı

73 dövlət əmlakı özəlləşdirilir 
15.10.2018, 18:09

73 dövlət əmlakı özəlləşdirilir 

Prezident yol tikintisinə 9.2 milyon manat ayırdı
15.10.2018, 18:08

Prezident yol tikintisinə 9.2 milyon manat ayırdı

İlham Əliyev Lerikdə yol açılışında
15.10.2018, 18:03

İlham Əliyev Lerikdə yol açılışında

ARXİV