Modern.az

Kəlbəcərli məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib

Kəlbəcərli məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib

Aktual

8 May 2024, 14:30

YAP Kəlbəcər rayon təşkilatı tərəfindən Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Kəlbəcər rayon sektorunun 23 saylı tam orta məktəbinin şagirdlərinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

 

Modern.az xəbər verir ki, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov şagirdlərı Ümummilli Liderin çoxşaxəli fəaliyyəti, fenomenal şəxsiyyəti, Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri barədə geniş məlumat verərək qeyd etdi ki, Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir. Ötən il qədirbilən xalqımız ulu öndərin anadan olmasının 100 illiyini böyük təntənə ilə, ruh yüksəkliyi ilə qeyd etdi. Çünki ulu öndərin uzaqgörən siyasi strategiyasını davam etdirən Prezident İlham Əliyevin qətiyyətlə reallaşdırdığı uğurlu siyasət nəticəsində torpaqlarımız erməni faşistlərindən azad olunmuş, doğma Qarabağ yenidən Azərbaycana qovuşmuşdu. Ziyarət zamanı şagirdlərə Mərkəzlə bağlı geniş məlumat verilib. Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

 

Şagirdlər Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi