Modern.az

Erməni əsgər yoldaşına qumbara atdı, özü intihar etdi - YENİLƏNİB

Erməni əsgər yoldaşına qumbara atdı, özü intihar etdi - YENİLƏNİB

Qarabağ

8 Dekabr 2016, 15:24

Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağda daha bir hərbçisini itirib.

 

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, 20 yaşlı əsgər Albert Postolokyan dekabrın 7-dən 8-nə keçən gecə hələ ki müəyyənləşdirilməmiş vəziyyətdə ölüb.

 

Hadisə gecə saat 02:45-də Qarabağın şimal-şərqində dislokasiya olunan hərbi hissədə qeydə alınıb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, əsgər Postolokyan hərbçi yoldaşı Qarnik Terteryanın üzərinə qumbara atıb və sonradan öz avtomatında atəş açaraq intihar edib. 

 

Onun özünü güllələdiyi də istisna olunmur.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır