Modern.az

Prezidentdən icra başçısı ilə bağlı SƏRƏNCAM

Prezidentdən icra başçısı ilə bağlı SƏRƏNCAM

Aktual

13 Dekabr 2016, 15:56

Azərbaycan Prezidenti İlham Əliyev Yaşar Məmmədovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatın görə, Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Yaşar Qəhrəman oğlu Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Y. Məmmədov, prezidentin 2015-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının 1995-ci il və 2006-cı il tarixli sərəncamları ilə 2 dəfə "İgidliyə görə" medalı ilə təltif olunub.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır