26 may 2018, Şənbə
Ana Səhifə - QARABAĞ - Kəlbəcərdəki ermənilər qorxu içində, onları kim güllələyib...
Kəlbəcərdəki ermənilər qorxu içində, onları kim güllələyib...
21.12.2016, 11:35

Son zamanlar prezident Serj Sarkisyan başqda olmaqla, Ermənistanın yüksək vəzifəli şəxslərinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi diqqətdən kənarda qala bilməz.

Heç şübhəsiz ki, səfərlərin mahiyyəti Ermənistanın bu ilin aprel ayında cəbhə xəttində Azərbaycan ordusu tərəfindən ciddi zərbələr almasını, bundan yaranan ictimai qorxunu, psixoloji gərginliyi ört-basdır etmək məqsədi daşıyır. Obrazlı desək, Sarkisyanın səfərləri bir növ daxili çürüklüyə zahiri parıltı vermək üçündür və yaranmış gərgin ictimai-siyasi psixologiyanı yatırtmağa xidmət edir.

Əslində, istər Ermənistan rəhbərliyinin, istərsə də, Azərbaycanın işğal altında yaradılmış separatçı rejimin həyəcanı başadüşüləndir.

Çünki aprel ayının əvvəllərində cəbhə xəttindəki döyüşlər, Azərbaycan ordusunun strateji yüksəklikləri işğaldan azad etməsi neçə ildir yaranmış erməni mifini alt-üst etdi. Ermənistan rəhbərliyinin, erməni ekspert və dövlət xadimlərinin yanaşmaları da bunu deməyə əsas verir. Siyahı ilə, adbaad kimin nə dediyi haqda uzun-uzadı sitatlar gətirmək də olar. Ancaq Ermənistan hakimiyyəti təkcə aprel hadisələrindənmi qorxuya düşüb? Birmənalı olaraq “yox” cavabı verə bilərik.

Ona görə ki, aprel müharibəsinin sələfi sayılan bir hadisə də yaddan çıxmamalıdır: Söhbət bütün riskləri nəzərə alaraq, qorxuları adlayaraq 2014-cü ilin yayında öz dədə-baba torpaqlarına gedib yaxınlarının məzarını ziyarət etmək istəyən Dilqəm Əsgərov və Şahbaz Quliyevdən (hazırda erməni girovluğundadırlar) və düşmən tərəfindən öldürülən Həsən Həsənovdan gedir.

 

Onların qəhrəmancasına, çətin relyefləri aşaraq, üstəgəl erməni hərbi birləşmələrinin qurduğu postlardan məharətlə keçərək Kəlbəcərə getməsi də Ermənistan üçün əsl sensasiya idi.

 

Xatırladaq ki, bu hadisədən sonra da rəsmi Yerevanın mövqeyində bir qorxu hiss olunurdu və bu hərbi sahəyə də sirayət etmişdi. Bəlkə də buna görə idi, o dövrün müdafiə naziri Seyran Ohanyan Kəlbəcərə gedən bütün yolların minalanmasını israrla təklif etmişdi. Ermənistan tərəfi o qədər qorxu və səksəkə içərisində idi ki, tezliklə yaranmış ictimai-siyasi rəyi dəyişmək üçün girovlar üzərində qondarma məhkəmə şousu qurdu.

 

Psixoloji təsir etmək üçün Dilqəm və Şahbaz “məhkəmə”yə hətta gözübağlı da gətirildi. Amma Azərbaycan xalqı nəinki bu məzhəkədən qorxuya düşdü, əksinə bir az da ruhlanıb işğal edilmiş torpaqlarımıza getmək hissini daha da aydın şəkildə büruzə verdi. Bu gün də minlərlə azərbaycanlı əbədi və əzəli torpaqlarımıza – Qarabağa getmək arzusunu, öz ata-baba qəbirlərini ziyarət istəyini gerçəkləşdirməkdən ötrü hər şeyə hazırdır.

 

Bu arzular daha qabarıq şəkildə ictimai, hərbi sferada təzahür edir. Şübhə yoxdur ki, Dilqəm, Şahbaz və Həsəndən sonra çox sayda soydaşımız Qarabağa gedib. Təbii ki, Ermənistan rəhbərliyi bunu duyur və artıq çıxış yolu tapa bilmir. Çünki bilirlər ki, nə qədər siyasi texnologiyalardan istifadə etsələr, nə qədər təzyiq metodlarını işə salsalar da, bu, artıq yaranmış rəyi dəyişməyəcək.

 

Hətta Kəlbəcərdə məskunlaşmış ermənilərin qorxu içərisində yaşadıqları, imkan tapan kimi Kəlbəcərdən qaçmaları barədə məlumatlar var.

 

Bunun nəticəsidir ki, Kəlbəcərdə hərbçilər tərəfindən xaricdən gətirilib məskunlaşdırlan bir neçə erməni güllələnib. Sadəcə, həmin ermənilərin qeydiyyatı olmaması, qohum-əqrabalarının xaricdə yaşaması və ümumən məlumatsızlıq məsələnin böyüməsinə imkan vermir.

 

Sarkisyan rejimi bu kimi halları hər vəhclə ört-basdır etmyə çalışır. Kəlbəcərin yerləşdiyi çoğrafiya elədir ki, orada süni şəkildə məskunlaşdırlan ermənilər hər an öz ata-baba torpaqlarını ziyarət etmək istəyən yeni “Dilqəmlər”, “Şahbazlar”la qarşılaşa bilərlər. Buraya Ermənistanın “Talış” qorxusunu da əlavə etsək, düşmən tərəfin durumunu duymaq o qədər də çətin olmaz.

 

Aqşin Kərimov


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq
26.05.2018, 13:54

Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq

Ötən gün ölkədə 107 cinayət törədilib
26.05.2018, 13:38

Ötən gün ölkədə 107 cinayət törədilib

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları artırılacaq
26.05.2018, 13:31

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları artırılacaq

Sosial şəbəkələrdə qadınları şantaj edən şəxs saxlanıldı
26.05.2018, 13:21

Sosial şəbəkələrdə qadınları şantaj edən şəxs saxlanıldı

Marseldə atışma: 2 ölü
26.05.2018, 13:14

Marseldə atışma: 2 ölü

Ərdoğan seçki mitinqlərinə strart verdi
26.05.2018, 13:03

Ərdoğan seçki mitinqlərinə strart verdi

“Qaçqınkom”da YENİLİK: Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq...
26.05.2018, 12:49

“Qaçqınkom”da YENİLİK: Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq...

Qərbi Kaspi Universitetində robotlar yarışıb
26.05.2018, 12:37

Qərbi Kaspi Universitetində robotlar yarışıb

Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir
26.05.2018, 12:32

Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir

Bakıda gecə klubunun qarşısında kütləvi dava olub
26.05.2018, 12:16

Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB
26.05.2018, 12:08

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB

Astarada polisi silahla hədələyən şəxs tutuldu
26.05.2018, 11:59

Astarada polisi silahla hədələyən şəxs tutuldu

Amerikalılardan etiraf: Yaxın Şərqdə Rusiya, İran  və Çinə təslim olduq
26.05.2018, 11:49

Amerikalılardan etiraf: Yaxın Şərqdə Rusiya, İran  və Çinə təslim olduq

İlan sancmalarının STATİSTİKASI: 138 min ölü, 400 min əlil
26.05.2018, 11:40

İlan sancmalarının STATİSTİKASI: 138 min ölü, 400 min əlil

Neft ucuzlaşıb
26.05.2018, 11:28

Neft ucuzlaşıb

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN   
26.05.2018, 11:11

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN  

Aya insan göndərilir – 46 il sonra
26.05.2018, 11:04

Aya insan göndərilir – 46 il sonra

Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılır
26.05.2018, 11:00

Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılır

Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı
26.05.2018, 10:47

Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı

Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur
26.05.2018, 10:41

Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur

Gənclik calağı   
26.05.2018, 10:37

Gənclik calağı   

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb
26.05.2018, 10:29

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı
26.05.2018, 10:23

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı

Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb
26.05.2018, 10:09

Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb

Putin söz verdi
26.05.2018, 09:53

Putin söz verdi

Cəbhədə atışma – Pulemyotlar işə düşdü
26.05.2018, 09:43

Cəbhədə atışma – Pulemyotlar işə düşdü

Qusarda kanalda batan şəxsin axtarışına başlanılıdı
26.05.2018, 09:25

Qusarda kanalda batan şəxsin axtarışına başlanılıdı

Trampdan Şimali Koreyaya müsbət SİQNAL: “Sammit keçiriləcək”
26.05.2018, 09:21

Trampdan Şimali Koreyaya müsbət SİQNAL: “Sammit keçiriləcək”

Gədəbəydə qətl törədən gənc saxlanılıb
26.05.2018, 09:14

Gədəbəydə qətl törədən gənc saxlanılıb

Göygöldə "KamAZ" aşıb, iki nəfər ölüb
26.05.2018, 09:10

Göygöldə "KamAZ" aşıb, iki nəfər ölüb

ABŞ Konqresi AXC-ın yaranmasının 100 illiyi ilə bağlı bəyanat verdi
26.05.2018, 09:03

ABŞ Konqresi AXC-ın yaranmasının 100 illiyi ilə bağlı bəyanat verdi

Siqareti tərgitməyin effektiv yolu
26.05.2018, 00:25

Siqareti tərgitməyin effektiv yolu

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub
26.05.2018, 00:14

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub

Heydər Əliyev Mərkəzində “Son iclas” bədii-sənədli filminin təqdimatı olub
26.05.2018, 00:06

Heydər Əliyev Mərkəzində “Son iclas” bədii-sənədli filminin təqdimatı olub

Klubu Arda Turanı ağır cəzalandırdı - 250 min avro 
25.05.2018, 23:57

Klubu Arda Turanı ağır cəzalandırdı - 250 min avro 

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.7%)
Meral Akşener (12.8%)
Rəcəb Tayyip Ərdoğan (58.1%)
Selahattin Demirtaş (1.67%)
Temel Karamollaoğlu (0.55%)
Doğu Perinçek (5.02%)