Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...
Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasına davam edir. Bu rubrikada ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilmədiyiniz bilgiləri sizə təqdim etməyə çalışırıq.
Budəfəki təqdimatımız baş nazirin müavini Abid Şərifovun oğlu Elçin Şərifov haqqındadır.
O Abid Şərifov ki, bir neçə gündən sonra – yanvarın 6-da 77 yaşını qeydəcək. Cənab Şərifov düz 22 ildir eyni postda – baş nazirin müavini vəzifəsində çalışır.
Abid Qoca oğlu Şərifov 6 yanvar 1940-cı ildə Şəkidə anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Bakı Baş Tikinti İdarəsində başlayaraq onun trestlərində tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi, 1972-ci ildən həmin idarənin 23 saylı tikinti idarəsinin rəisi işləyib.
Daha sonra A.Şərifov Azərbaycan SSR Nazirlər Sovetinin Əsaslı tikinti şöbəsində böyük referent, "Azərnəqliyyattikinti" trestinin rəisi, sonra 1988-ci ildən "Azərnəqliyyatyoltikinti" lahiyə-sənaye tikinti birliyinin rəisi vəzifəsini tutub. 1991-ci ildən Türkiyə Respublikasının Çerkesköy-Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini, 1993-cü ildən "Azərnəqliyyatyoltikinti" lahiyə-sənaye tikinti birliyinin bazasında yaradılan eyniadlı Dövlət Şirkətinin prezidenti vəzifələrində işləyib.
1995-ci ildən Azərbaycan Respublikası baş nazirinin müavinidir. SSRİ dönəmindəki fəaliyyətinə görə, "Şərəf nişanı" ordeni (1976), "Oktyabr inqilabı" ordeni (1980) ilə təltif olunub.
Həmin illərdə o, "Azərbaycanın əməkdar inşaatçısı" və "Fəxri nəqliyyat inşaatçısı" fəxri adlarına layiq görülüb.
A.Şərifov baş nazirin müavini kimi tikinti sənayesi, nəqliyyat, rabitə, şəhər təsərrüfatı sahələrinn kurasiya edir.
Ötən il ona Prezident İlham Əliyevin sərəncamı ilə 75 illik yubileyilə əlaqədar “Şöhrət” ordeni verilib.
Abid Şərifovun iki övladı var – oğlu və qızı.
Baş nazirin müavinin oğlu Elçin Şərifov uzun müddətdir bankçılıq sahəsində çalışır. Elçin Şərifov Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. O, hazırda “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialına rəhbərlik edir.
Elçin Şərifovun daxili işlər nazirinin sabiq müavini, mərhum Rövşən Cavadovu kürəkəni olduğu bildirilir.
A.Qorxmaz
Müdafiə Nazirliyi: “Düşmən təxribatına qarşı tədbirlər görüləcək”
Abid Şərifov: “Xəstəxanada nə işim var?” - AÇIQLAMA
Yerevan Dövlət Universitetində aksiyalar başladı
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul etdi
Həmkəndlisinin 10 minlik qızılını oğurlayan şəxs saxlanıldı
Cinayət məsuliyyətini ağırlaşdıran halların siyahısı genişlənir
Bakıda ƏMƏLİYYAT: Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı
BMT Baş katibi: “Soyuq müharibə qayıdıb”
Yəmən bombalandı: 20 ölü, 40 yaralı
İnam Kərimovun “Asan kənd təsərrüfatı” modeli üçün 11 maddə
Energetika nazirindən AÇIQLAMA: “Suallara aydınlıq gətiriləcək”
Milli Məclis “Müdafiə haqqında” qanuna dəyişiklik edir
Ermənistan parlamentinin spikeri Paşinyanı ziyarət etdi
SOCAR-ın III Beynəlxalq Forumu – rəsmilər Bakıya toplandı
Hüseyn Abdullayevin həbs olunub Bakıya gətirildiyi rəsmən TƏSDİQLƏNDİ - YENİLƏNİB - FOTO+VİDEO
İki ayda 176 azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib - RƏSMİ
Ermənistan hakimiyyəti Paşinyanı gizlədir
DİM dövlət qulluğuna qəbul imtahanından keçən namizədlərə müraciət etdi
Bu gün Eldar Mahmudovun generallarına hökm oxunacaq
Marşrut avtobuslarının hərəkət sxemi dəyişdi – SİYAHI
Fəzail Ağamalı əlbəyaxa olduğu Hüseyn Abdullayevdən DANIŞDI: “...cavab verməlidir!”
Cəbhədə şiddətli atışma oldu
AŞPA-nın yaz sessiyası başlayır
Hazırlıq qruplarının oğlanlarına möhlət hüququ veriləcək
Şimali Koreyada turist avtobusu aşdı - 30 ölü
Manatın bugünkü MƏZƏNNƏSİ
Ermənilər Gürcüstanla sərhəd yolunu bağladılar
Şəhriyar Məmmədyarov məğlub olub, sonuncu pilləyə düşdü
ABŞ səfirliyi Ermənistan hökümətinə xəbərdarlıq etdi
Təyyarələr avtobusa çevrilir: Ayaqüstü yerlər təklif edilir
Bakıda mənzildən 89 yaşlı qadının meyiti tapılıb
"Yeməkləriniz çox dadlıdır, aşbazım istədiyimi qısa müddətdə hazırlayır" - Dünya şahmatının lideri
Əfqanıstandakı güclü partlayışda ölənlərin sayı 57-ı çatdı - YENİLƏNİB
Ləğv edilən komitənin mətbuat katibi jurnalistlərə təşəkkür etdi: “Həyat davam edir...”
Qurbanovun yeni rekordu - Mircavadova çatdı
Şərh yaz