28 mart 2017, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Şahid: "Vidadi Zeynalov adıma şirkət yaratdı"
Şahid: "Vidadi Zeynalov adıma şirkət yaratdı"
23.12.2016, 13:18

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq məmurlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Məhkəmədə RYTN-in sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, "Rabitə Mülki Tikinti" MMC-nin direktoru Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov mühakimə olunurlar.

 

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Elçin Əliyev V.Zeynalovun sürücüsü olduğunu deyib: "Vidadi Zeynalov mənim adıma PLZ MMC şirkətini yaratdı. Ailə vəziyyətim yaxşı deyildi, mən də razı oldum. Orada sadəcə təsisçiyəm. Şirkətin özündə isə oturmurdum".

 

Məhkəmənin növbəti iclası dekabrın 28-nə təyin edilib.

 

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun RYTN-dəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin sabiq Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

 

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN-də həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, "Rabitə Mülki Tikinti" MMC-nin direktoru E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıblar. Məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

 

RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.

 

V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

 

Modern.az

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
28.03.2017, 00:22

65 yaşlı kişi özünü asdı

28.03.2017, 00:09

Vərəmdən 32 min insan öldü

27.03.2017, 23:52

Bərdədə ağır qəza: 8 yaralı

27.03.2017, 23:31

Putin Kremli tərk etməyəcək

27.03.2017, 23:19

Tiflis məhkəməsi azərbaycanlı qadına 17 il həbs cəzası verib

27.03.2017, 23:03

Daha bir şəhər su altında qaldı

27.03.2017, 22:49

Azərbaycanda 3 min manata xoruz satılır - Video

27.03.2017, 22:44

Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası – QİYMƏTLƏR + FOTOLAR

27.03.2017, 22:33

Neftçala sakini lilsovuran gəminin altında qalıb

27.03.2017, 22:22

Vətəndaş toya gəlməyənləri məhkəməyə verib - Video

27.03.2017, 22:07

Dünyanın ən çox qazanan futbolçu və məşqçisi

27.03.2017, 21:52

Həbsdə olan sabiq müstəntiq valideynləri ilə görüşüb

27.03.2017, 21:37

İngiltərə XİN rəhbəri Rusiyaya səfərini təxirə salıb

27.03.2017, 21:23

Rusiyanı Cənubi Qafqazla birləşdirən yol bağlandı

27.03.2017, 21:07

Mosulda 112 dinc sakinin meyiti aşkarlanıb

27.03.2017, 20:54

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

27.03.2017, 20:38

Səfir etimadnaməsini prezidentə təqdim edib

27.03.2017, 20:29

Anar Məmmədov  borcunu qaytardı: əmlakı üzərindən həbs götürüldü

27.03.2017, 20:13

“Azərbaycan Ukraynanın  strateji tərəfdaşıdır” - Prezident

27.03.2017, 20:02

Polisin xidməti avtomobilini zədələyən şəxs saxlanılıb

27.03.2017, 19:00

Qaxda avtomobil aşıb, bir nəfər ölüb

27.03.2017, 18:47

Bakının bu küçələrinə giriş məhdudlaşdırılacaq

27.03.2017, 18:39

Nazirlik: Yay vaxtına keçidin ləğvi ilə bağlı problem tam aradan qaldırılıb

27.03.2017, 18:30

Məhkəmə “işıq məhbus”larının şikayətini təmin etmədi

27.03.2017, 18:26

Xarici Kəşfiyyat Xidmətinin rəis müavininə general-mayor rütbəsi verildi

27.03.2017, 18:14

Prezident DTX əməkdaşlarını təltif etdi – SİYAHI

27.03.2017, 18:09

Əxlaqsızlıq yuvaları təşkil edənlərə qarşı cəzalar sərtləşdirilir

27.03.2017, 18:05

Amerikalı həmsədr: “Danışıqları bərpa etməyin vaxtı çatıb”

27.03.2017, 18:00

İqtisadçı: "Neftin qiyməti daha da ucuzlaşsa yaxşıdır"

27.03.2017, 17:46

Azərbaycan Sarkisyanla bağlı ATƏT dövlətlərinə məktub göndərdi - MƏTN

27.03.2017, 17:19

"Qarabağın taleyini “İsgəndər” həll etməyəcək”

27.03.2017, 17:18

Dollar sabah neçəyə satılacaq?

27.03.2017, 17:04

FİDE prezidentinin istefa xəbəri yayıldı

27.03.2017, 16:58

Qadını vurub qaçan sürücü tutuldu

27.03.2017, 16:54

Dəyanət Rzayevin müəmmalı ölümü - araşdırmadan nə xəbər var...

ARXİV
SORĞU
Hansı ali məktəb daha yaxşı təhsil verir?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası(4.57%)
Azərbaycan Dövlət İqtisad Universiteti(7.84%)
Bakı Dövlət Universiteti(18.9%)
Bakı Ali Neft Məktəbi(1.96%)
Azərbaycan Dillər Universiteti(42.4%)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(3.92%)
Azərbaycan Texniki Universiteti(2.61%)
Azərbaycan Tibb Universiteti(2.61%)
Bakı Slavyan Universiteti(2.61%)
Azərbaycan Dövlət Pedaqoji Universiteti(12.4%)