Modern.az

Əvəz Ələkbərov Avropa təbii Elmlər Akademiyasının həqiqi üzvü seçildi

Əvəz Ələkbərov Avropa təbii Elmlər Akademiyasının həqiqi üzvü seçildi

Aktual

26 Dekabr 2016, 16:06

Azərbaycan Dövlət İqtisad Universitetinin  “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, tanımış ictimai-siyasi xadim, iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Əvəz Ələkbərov Almaniya Federativ Respublikasının Hannover şəhərində 16 dekabr 2016-cı ildə Avropa təbii Elmlər Akademiyasının İdarə heyətinin qərarı ilə həqiqi üzv seçilib.

 

Bu barədə Modern.az-a Əvəz Ələkbərovun özü məlumat verib.

 

“Adı çəkilən Akademiyanın  nümayəndəsinin məlumatına görə  indiyə qədər respublikamızda bu titula üç tanınmış akademik layiq görülüb”-deyə o bildirib.

 

Əvəz Ələkbərov Azərbaycan Dövlət İqtisad Universiteti ölkədə ən islahatçı universitet kimi tanındığına görə və 26 kriteriyadan ibarət aparılan sorğuya əsasən layiq görülüb.

 

Məlumat ücün bildirək ki, həm də Əvəz Ələkbərov 2005-ci ildən Beynəlxalq menecment Akademiyasının həqiqi üzvüdür.

 

Namidə Bingöl

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır