Modern.az

Almaniyada 25 min insan təxliyə edilir: Təbii fəlakət

Almaniyada 25 min insan təxliyə edilir: Təbii fəlakət

Dünya

5 Yanvar 2017, 20:29

Almaniyada güclü daşqın olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Baltik sahillərində əsən güclü külək və leysan ölkədə subasmalara səbəb olub. Kildən Polşa ilə sərhəddə yerləşən Uzed kuroradasınadək olan ərazini su basıb. Subasmadan Rostok, Ştralzund bölgələri və Vismar liman şəhəri daha çox ziyan çəkib. Həmin ərazidə suyun səviyyəsi 1,83 metrə çatıb. Elbada isə suyun səviyyəsi 7,5 metrdir. Əhali üçün təhlükə yarandığından Drezdendən və şəhərətrafından 25 min insan sakin təxliyə edilib.

Qeyd edək ki, bu Almaniyada son 10 ilin ən böyük daşqınlarıdır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır