18 avqust 2017, Cümə
Ana Səhifə - TƏHSİL - Universitetlərdəki İctimai Nəzarət şuraları kimə xidmət edir - tələbəyə, yoxsa rektora?
Universitetlərdəki İctimai Nəzarət şuraları kimə xidmət edir - tələbəyə, yoxsa rektora?
07.01.2017, 10:21

Bakıdakı bir sıra universitetlərdə İctimai Nəzarət şuraları yaradılıb. Bu şuraların fəaliyyəti nədən ibarətdir?

 

Modern.az saytı məsələ ilə bağlı İctimai Nəzarət şuralarının sədrlərinin fikirlərini öyrənib.

 

Azərbaycan Dillər Universitetinin İctimai Nəzarət Şurasının sədri Əliməmməd Nuriyev bu qurumların yaradılmasını təhsil sahəsində aparılan islahatların tərkib hissəsi kimi qiymətləndirir.

“Çünki təhsil sahəsində ən önəmli məsələlərdən biri ictimai iştirakçılığın səviyyəsinin artırılmasıdır. Digəri isə şəffaflıqdır. Bu proses əsasən semestr imtahanlarını müşahidə etməkdən başlayır. Azərbaycanda hər zaman belə bir fikir səsləndirilir ki, semestr imtahanları başlayarkən böyük korrupsiya hadisələri baş verir. Ona görə də bu psosesdə şəffaflığın artırılması ilə bağlı  bir sıra universitetlərdə belə şuralar yaradılmağa başladı. Bu şuralara media nümayəndələri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri daxildir. İlk öncə bu şura Bakı Dövlət Universitetində yaradıldı. Daha sonra isə bu proses digər universitetləri də əhatə etməyə başladı. Bu şuraların yaradılmasında əsas məqsəd təhsilin keyfiyyətinin artırılması və bəzi universitetlərdə korrupsiya hallarının aradan qaldırılması ilə bağlıdır. Əvvəl ancaq imtahanlar zamanı bu proses həyata keçirilirdisə, artıq yeni bir təşəbbüs irəli sürülüb ki, bütün tədris prosesini əhatə etsin”.

Şura sədri bildirdi ki, qış imtahanlarının başlaması ilə əlaqədar bur qurumların işi aktuallaşıb.

“Bir sıra maraqlı təkliflər səsləndirilib. Bunlardan biri bizim imtahan başlamazdan əvvəl onun keçiriləcəyi auditoriyalarda olmağımızdır. Tələbələrin imtahanlar və digər məsələlərlə bağlı bizə müraciət etmələri üçün müəyyən addımlar atmışıq. Bununla bağlı Facebook sosial şəbəkəsində səhifəmiz və elektron poçtumuz fəaliyyət göstərir. Həmçinin, Azərbaycan Dillər Universitetinin hər bir korpusunda şəffaf qutular qoyulub. Hər bir tələbə həmin qutuya yaxınlaşaraq adını da qeyd etmədən onu narahat edən bütün məsələlərlə bağlı təklif və şikayətini bildirə bilər. Biz də həmin məktublara baxıb onları universitet rəhbərliyi ilə müzakirə edək. Çünki rəqabətli dövlət və cəmiyyət yaratmaq istəyiriksə, eyni zamanda rəqabətli təhsil müəsissələri də yaratmalıyıq. Həmçinin, rəqabət qabiliyyətinə davamlı tələbələr də hazırlamalıyıq ki, onlar həm ölkə daxilində həm də ölkə xaricində sağlam rəqabət apara bilsinlər”.

 

Tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev bildirib ki,  “İctimai iştirakçılıq haqqında” qanun prezidentin 16 yanvar 2016-cı il tarixli sərəncamı ilə qəbul olunub.

“Mən QHT rəhbəri kimi bu qanunun qəbul olunmasını yüksək qiymətləndirirəm. Bu qanuna görə İctimai Şura 5-15 üzvdən ibarət tərkibdə müvafiq tələblər nəzərə alınmaqla müvaffiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutları tərəfindən seçilir. Bir neçə nazirlikdə və ali məktəblərdə İctimai Şuralar yaradılıb. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Dillər Universitetinin adını bu sırada çəkmək olar”.

Ekspert deyib ki, ali məktəblərdə sessiyalar zamanı yol verilən neqativ hallar barədə xeyli narazılıqların şahidi oluruq.

“İctimai Şuralar təsis olunan ali məktəblərdə şura üzvləri imtahanların gedişatını izləyir, “qaynar xətt”ə nəzarəti təşkil edir, rektorla keçirilən “Açıq qapı”larda iştirak edirlər. Bu da sessiya zamanı şəffaflığın artırılmasına xidmət edir. Həmçinin, şura üzvləri ali məktəb rəhbərliyi ilə şikayətləri birgə araşdırırlar. Əslində bütün bunlar sosial sifarişdir və ölkə başçısı səviyyəsində bütün dövlət qurumlarında şəffaflığın və obyektivliyin bərqərar olunması kimi mühüm ideala xidmət edir. Lakin bəzi ali məktəblər bu cür şuraların yaradılmasına meylli deyillər və bu da ali məktəblərdə gedən proseslərin qapalılığını saxlamağa xidmət edir. Biz vətəndaş cəmiyyətinin nümayəndələri hesab edirik ki, nəinki sessiyalar zamanı, hətta bütün tədris prosesi boyu ali məktəblərimizdə neqativ hallar olmamalıdır. Məhz İctimai şuraların əsas missiyası neqativ halların aradan qaldırılmasına yardımçı olmaqdır. Cari tədris ilinin qış imtahan sessiyasının monitorinqini aparmağa şərait yaratdıqlarına görə İqtisad Universitetinin rektoru Ədalət Muradovla Dillər Universitetin rektor əvəzi Əfqan Abdullayevə təşəkkürümü bildirirəm”.

 

Bakı Dövlət Universitetinin İctimai Nəzarət və Məsləhət  Şurasının sədri Əjdər Ağayev bu şuraların nazirliklərdə, şirkətlərdə, təhsil müəssisələrində yaradılmasının nəzərdə tutulduğunu deyib.

“Yəni prezident bununla əlaqədar göstəriş verib. İctimai Nəzarət Şurasının əsas funksiyası ali məktəblərdə, hər hansı fəaliyyət sahələrində və ya qurumlarda həyata keçirilən tədbirlərin, görülən işlərin faydalılığını və səmərəliyini ortaya çıxarmaqdır. Həm də neqativ hallar baş verdikdə onu ümumiləşdirmək və rəhbərliyə təkliflər verməkdir. Bu, bir növ vətəndaş cəmiyyəti sistemində cəmiyyət nümayəndələrinin, QHT-lərin hökumət təşkilatları ilə əməkdaşlığının qovuşuğudur. Nəzarət şuraları adından göründüyü kimi, sadəcə hər hansı bir işin həyata keçirilməsində iştirakından əlavə həm də müəssisə tərəfindən görülən işlərə nəzarət edir. Onun şəffaflığını, subyektivliyini, qanunauyğunluğunu, faydalılığını üzə çıxarır.Adından da göründüyü kimi, bu şura ictimai nəzarətdən sonra məsləhət verir. Bu şuranın üzvləri də ölkənin QHT-lərində fəaliyyət göstərən tanınmış ziyalılarıdır. Bu şuralar yeni yaranıb. Düşünürəm ki, getdikcə iş təcrübəsi də artacaq. Daha da formalaşacaq”.

 

 

Mirmahmud KAZIMOĞLU


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan XİN İspaniyadakı terroru PİSLƏDİ 
18.08.2017, 10:55

Azərbaycan XİN İspaniyadakı terroru PİSLƏDİ 

Bakı Tikiş Evinin rəsmisi: “Niyə o məhsulların ölkəyə gətirilməsinə şərait yaradırlar?” – MÜSAHİBƏ
18.08.2017, 10:44

Bakı Tikiş Evinin rəsmisi: “Niyə o məhsulların ölkəyə gətirilməsinə şərait yaradırlar?” – MÜSAHİBƏ

Payızda bəzi dərmanlar bahalaşacaq
18.08.2017, 10:33

Payızda bəzi dərmanlar bahalaşacaq

Sumqayıtda sahibsiz itlər küçələrdən yığışdırılır
18.08.2017, 10:32

Sumqayıtda sahibsiz itlər küçələrdən yığışdırılır

Türkiyədə Atatürkə münasibət dəyişib - SƏBƏBLƏR
18.08.2017, 10:28

Türkiyədə Atatürkə münasibət dəyişib - SƏBƏBLƏR

Türkiyədə ağır qəza - 7 ölü, 20-dən çox yaralı
18.08.2017, 10:12

Türkiyədə ağır qəza - 7 ölü, 20-dən çox yaralı

Neftçalada 56 yaşlı kişi intihar etdi
18.08.2017, 10:05

Neftçalada 56 yaşlı kişi intihar etdi

“Terror hadisəsindən hiddətlənirik” – İlham Əliyevdən İspaniya kralına başsağlığı
18.08.2017, 09:56

“Terror hadisəsindən hiddətlənirik” – İlham Əliyevdən İspaniya kralına başsağlığı

Dənizdə batan 2 gəncin meyiti tapıldı
18.08.2017, 09:44

Dənizdə batan 2 gəncin meyiti tapıldı

Ermənistan atəşkəsi 112 dəfə pozdu
18.08.2017, 09:42

Ermənistan atəşkəsi 112 dəfə pozdu

Sumqayıt məktəblilərinin unudulmuş qəhrəmanlığı - FOTOLAR
18.08.2017, 09:22

Sumqayıt məktəblilərinin unudulmuş qəhrəmanlığı - FOTOLAR

Metrodan istifadə edənlər bir müddət də istidən “bişməli” olacaq 
18.08.2017, 09:09

Metrodan istifadə edənlər bir müddət də istidən “bişməli” olacaq 

Şəhidin əkiz övladlarının vəziyyəti necədir?
18.08.2017, 09:04

Şəhidin əkiz övladlarının vəziyyəti necədir?

Qaxda 28 yaşlı oğlan özünü asdı
18.08.2017, 09:01

Qaxda 28 yaşlı oğlan özünü asdı

Barselona terroru - yeni DETALLAR
18.08.2017, 08:54

Barselona terroru - yeni DETALLAR

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ
18.08.2017, 08:53

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

Barselonada xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır
18.08.2017, 00:58

Barselonada xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır

İspaniyada üç günlük matəm elan edildi
18.08.2017, 00:46

İspaniyada üç günlük matəm elan edildi

Avtomobillə vurulan 12 yaşlı uşaq öldü
18.08.2017, 00:33

Avtomobillə vurulan 12 yaşlı uşaq öldü

Bakıda bu mağazada kitablar cəmi 20 qəpiyə satılır - VİDEO
18.08.2017, 00:17

Bakıda bu mağazada kitablar cəmi 20 qəpiyə satılır - VİDEO

Terrora görə məsuliyyəti  İŞİD üzərinə götürdü
18.08.2017, 00:00

Terrora görə məsuliyyəti  İŞİD üzərinə götürdü

Yusif Səmədoğlunun  bir film naminə çəkdiyi olmazın əziyyətləri-  Anım günü
17.08.2017, 23:37

Yusif Səmədoğlunun  bir film naminə çəkdiyi olmazın əziyyətləri-  Anım günü

Azərbaycan klublarının Avropa Liqasından qazancı açıqlanıb
17.08.2017, 23:14

Azərbaycan klublarının Avropa Liqasından qazancı açıqlanıb

Barselonada terror törədənlərdən biri öldürülüb - YENİLƏNİB, VİDEO
17.08.2017, 22:57

Barselonada terror törədənlərdən biri öldürülüb - YENİLƏNİB, VİDEO

Həmsədrlər prezidentlərin növbəti görüşünə hazırlıq görür
17.08.2017, 22:42

Həmsədrlər prezidentlərin növbəti görüşünə hazırlıq görür

Ağ rəngli qidalardan çox istifadə edin – VANQADAN SAĞLAMLIQ TÖVSİYƏLƏRİ
17.08.2017, 22:28

Ağ rəngli qidalardan çox istifadə edin – VANQADAN SAĞLAMLIQ TÖVSİYƏLƏRİ

Göygöldə həyat yoldaşı və qayınanasını qətlə yetirən şəxs tutuldu, Yenilənib
17.08.2017, 21:59

Göygöldə həyat yoldaşı və qayınanasını qətlə yetirən şəxs tutuldu, Yenilənib

Xaş süfrəsindən sonra Heydər Əliyevin qarşısında “bəhanələr” axtaran TƏKRARSIZ MÜSLÜM MAQOMAYEV
17.08.2017, 21:32

Xaş süfrəsindən sonra Heydər Əliyevin qarşısında “bəhanələr” axtaran TƏKRARSIZ MÜSLÜM MAQOMAYEV

"İt uşağın başından çeynəməyə başladı" - Hadisə şahidi, Video
17.08.2017, 21:16

"İt uşağın başından çeynəməyə başladı" - Hadisə şahidi, Video

Barselonada terror: 13 nəfər öldü, FOTOLAR, YENİLƏNİB
17.08.2017, 21:07

Barselonada terror: 13 nəfər öldü, FOTOLAR, YENİLƏNİB

Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb
17.08.2017, 20:56

Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb

Azərbaycan Rusiya ilə məsləhətləşmələr aparıb
17.08.2017, 20:29

Azərbaycan Rusiya ilə məsləhətləşmələr aparıb

Dağıstanda partlayış: 2 ölü
17.08.2017, 20:15

Dağıstanda partlayış: 2 ölü

Azərbaycanla ABŞ arasında hərbi tibb sahəsində əməkdaşlıq
17.08.2017, 19:41

Azərbaycanla ABŞ arasında hərbi tibb sahəsində əməkdaşlıq

UEFA “Qarabağ”ın futbolçusu ilə bağlı qərarını açıqlayıb
17.08.2017, 18:56

UEFA “Qarabağ”ın futbolçusu ilə bağlı qərarını açıqlayıb

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(51.1%)
SOCAR-dan(6.81%)
Lukoil-dan(15.9%)
Bunların heç birindən - başqasından(26.1%)