24 yanvar 2017, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Ateistdən qırğına çıxan 2 siyasətçiyə İRONİYA: "Məlikməmməd haqlıdır, yoxsa div?"
Ateistdən qırğına çıxan 2 siyasətçiyə İRONİYA: "Məlikməmməd haqlıdır, yoxsa div?"
12.01.2017, 12:04

Deputat Fazil Mustafa ilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu arasında dini mövzuda qalmaqal yaranıb. Tərəflər bir-birlərinin ünvanına ağır ittihamlar səsləndirib.

 

S. Cəlaloğlu F. Mustafanı nurçu olmaqda və məzhəbçilikdə ittiham etmişdi. F. Mustafa isə S. Cəlaloğlunu İranpərəstlikdə suçlayıb, Xomeyninin tör-töküntüsü adlandırıb.

 

Daha sonra isə tərəflərin qarşılıqlı ittihamları təhqirlə müşayiət edilib. 

 

Mövzu ilə bağlı ateizmi müdafiə edən, tanınmış jurnalist Vüsal Məmmədov Modern.az-a açıqlama verib . O deyib ki,  F. Mustafa və S. Cəlaloğlu eyni ciddiyyətlə və eyni uğurla mübahisə edə bilərdilər.

 

“Hörmətli Fazil bəy ilə hörmətli Sərdar bəy eyni ciddiyyətlə və eyni uğurla mübahisə edə bilərdilər ki, Məlikməmmədin düşdüyü quyunun dərinliyi neçə metr imiş? Cırtdanı yemək istəyən divin neçə xromosmu olub və Təpəgözün quyruğu var idimi? Sindibad öz səyahəti zamanı ekvatoru hansı istiqamətdə neçə dəfə keçmişdi?”-deyı ironiya ilə bildirib.

 

V. Məmmədovun fikrincə, bunlar nə qədər real mövzulardırsa, İslam dini də o qədər realdır.

 

“İslam - sami xalqlarının antik mifologiyası əsasında yaradılmış siyasi ideologiyadır. Onun bizim real həyatımızla, dövlətimizlə heç bir əlaqəsi yoxdur.

 

Doğrudanmı savadlı insan olan bu iki siyasətçi belə sadə həqiqəti başa düşmürlər? Şəxsən mən onlara bu istiqamətdə yardım etməyə hazıram. Çıxıb mübahisə etmək lazım deyil ki, Məlikməmməd haqlı idi, yoxsa div? Durub demək lazımdır ki, bu, nağıldır, bunu ciddi qəbul etməyin, onun əsasında həyatınızı qurmayın! Mən elə siyasətçi, elə ictimai xadim istəyirəm! Və dövlətə də, cəmiyyətə də o cür şəxslər lazımdır. Bəs deyilmi? Əgər 13 əsrdə bir suala cavab tapılmayıbsa, demək, o sualın özü absurddur, onu qırağa atıb, real işlərlə məşğul olmaq lazımdır. Siyasətçilər, ictimai xadimlər kütləni buna yönəltməyə çalışmalıdırlar”-deyə o qeyd edib.

 

Jurnalistin fikrincə,  siyasətçilər gəncləri müasir dünyəvi təfəkkürə sahiblənməyə, elmi düşüncə ilə yaşamağa səsləməlidirlər.

 

“Elmi əsərlərin nəşrinə və yayılmasına çalışmalıdırlar. Mənası olan, cəmiyyətə xeyir verə biləcək ideyaları müzakirəyə çıxarmalıdırlar. Yoxsa ki, nə sünni, nə şiə? Biri cəmiyyətin sol, o biri də sağ ayağına bağlanmış daşdır, bizi irəli getməkdən saxlayır. Qəti əminəm ki, dinə ehtiyac duyan siyasətçi çox zəif siyasətçidir.

 

Çəkinmədən, mərd-mərdanə həqiqəti demək lazımdır ki, əziz qardaşlar, bəsdir ərəbin çürük siyasi ideologiyası bizim milləti parçaladı! Bəsdir çürük siyasəti "mənəviyyat" adı ilə qəbul etdiniz! Dini qırağa qoyaq, etatizmi, azərbaycançılığı önə çıxaraq, dünyanın öndə gedən xalqlarının sırasına qoşulmaq üçün nə lazımdır - bax, onu müzakirə edək! Bu halda ikisi də haqlı olar. İndi isə ikisi də haqsızdır”.

 

Aqşin KƏRİMOV

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
24.01.2017, 17:10

Manat və dolların sabahkı məzənnəsi AÇIQLANDI

24.01.2017, 17:07

Bakıda 5 marşrutun dayanacağı dəyişdirildi

24.01.2017, 17:02

Prezidentin fərmanı bu insanların həyatını dəyişəcək"

24.01.2017, 16:53

Azərbaycanlı diaspor rəhbəri erməni qızla evləndi - FOTOLAR

24.01.2017, 16:44

“Reklam haqqında” qanuna hansı dəyişiklik olacaq?

24.01.2017, 16:36

Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı artıb

24.01.2017, 16:34

AŞPA-da Qənirə Paşayevadan ÇAĞIRIŞ: "Şəhidimiz və girovlarımız geri qaytarılsın!”

24.01.2017, 16:15

Tanınmış astroloqun 2017-ci üçün 25 PROQNOZU - Azərbaycanda nələr olacaq...

24.01.2017, 15:58

Əhliman Əmiraslanov Elmlər Akademiyasında Ümumi yığıncaq keçirdi

24.01.2017, 15:48

DYP sürücünün yol polisinə niyə yalvardığını araşdıracaq - VİDEO

24.01.2017, 15:47

““WİFİ” parolunu oğurlamaq haramdır”

24.01.2017, 15:45

Sosial şəbəkələri və bloqqerliyi tənzimləyən qanunda nələr yazılacaq?..

24.01.2017, 15:30

Bakıda təqsirləndirilən şəxs özünü DOĞRADI  

24.01.2017, 15:19

Maliyə Bazarlarına Nəzarət Palatası daha hansı bankları bağlatdıracaq? - AÇIQLAMA

24.01.2017, 15:13

Yazıçılar Birliyi film çəkir: “Bu formatda, janrda bir ilkdir”

24.01.2017, 15:09

Dövlət başçılarının xəstəlikləri - Kim nədən əziyyət çəkir? - MARAQLI

24.01.2017, 15:07

İradə İsak efirə qayıdır - “Tor”

24.01.2017, 15:00

Nazirdən polislərə göstəriş: “Arıqlayın!”

24.01.2017, 14:54

Arzu Səmədbəylinin SUSQUNLUĞU

24.01.2017, 14:44

“Köçkünlər üçün bürokratik əngəllər aradan qalxacaq”

24.01.2017, 14:33

Araz Ağalarov: “Xahiş etsəm Tramp mənimlə görüşər, amma tozanaq qopar”

24.01.2017, 14:25

Ərdoğan Azərbaycanla bağlı Protokolu təsdiq edib

24.01.2017, 14:06

Həyatı necə dərk edək - elm, yoxsa fəlsəfə?

24.01.2017, 14:01

Beş mövzu əsasında yazılı imtahan özünü doğrultmursa?..

24.01.2017, 13:52

İcra başçıları Facebook-dan qorxurlar

24.01.2017, 13:47

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 3-cü iclasının vaxtı məlum oldu

24.01.2017, 13:35

Lavrovla Çavuşoğlu Suriya münaqişəsini müzakirə etdilər

24.01.2017, 13:32

Komitə sədri qanunsuz tikililərin artma səbəbindən DANIŞDI

24.01.2017, 13:12

Yol polisi taksi sürücüləri ilə bacara bilmir - Bir həftədə 3000 PROTOKOL

24.01.2017, 13:10

Dövlət Duması Azərbaycanda səyyar iclas keçirəcək

24.01.2017, 13:06

Regional məsələlər komitəsi bu məsələlərə baxacaq – SİYAHI

24.01.2017, 13:01

Türkiyədə atışma: 4 yaralı

24.01.2017, 12:59

Sabahın hava PROQNOZU

24.01.2017, 12:54

Köçkünlərin kommunal xərclərə görə borcları kütləvi hal ala bilər

24.01.2017, 12:48

Fəttah Heydərov: “Prezidentin məcburi köçkünlərə diqqəti göz önündədir”

ARXİV