Suriyanın Hmeymim aviabazasında yerləşdirilən 4 “Su-24” təyyarəsi və bir qrup hərbi həkim Rusiyaya qayıtmağa hazırlaşır. Modern.az saytı xəbər verir ki, “Axar.az”ın məlumatına görəbu sözləri rusiyalı general Andrey Kartapalov bildirib.
O bildirib ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin birbaşa qərarı var:
“Bu gün və yaxud qarşıdakı günlərdə Su-24 qırıcıları vətənə qayıdacaq”.
General qırıcılara verilən tapşırıqların uğurla icra edildiyini də bildirib.
Modern.az