Modern.az

Arzu Səmədbəylinin SUSQUNLUĞU

Arzu Səmədbəylinin SUSQUNLUĞU

Aktual

24 Yanvar 2017, 14:54

Müxalif düşərgədə nə siyasi ab-hava var, nə də inkişaf. Buna baxmayaraq, hərə bir tərəfdə “iş” görür. Daha doğrusu, özlərini inandırdıqları nağıla hər kəsi inandıra bilmək qənaətindədirlər. Lap yaxşı! Bəs işlərinizi niyə biz görə bilmirik?! Harda yazılıb ki, siyasətçi işini cəmiyyətdən gizlətməlidir?! Ola bilsin ki, bəzi siyasətçilərin kitabında belə bir qanun var və biz bundan xəbərsizik.  

 

Hər halda, istənilən siyasi təşkilata, partiyaya üzv olan kəslər, bilməlidirlər ki, siyasi fəaliyyət qapalı məkan deyil. Və siz də bir jurnalistin “bismillah” deyib açıq suala keçməsini gözləmədən “müsait deyiləm” deməklə bir növ yola verdiyinizin fərqində deyilsiniz. 

 

Əslində, müxalifət düşərgəsinə qarşı nə kinim var, nə də nifrətim. Hər halda, mətbuat işçisi olaraq oxucunun maraq dairəsində önəm verdiyi şəxslərin olduğundan xəbərim var. Onsuz da, İsa Qəmbər, Lalə Şövkət, Etibar Məmmədov kimi tanımış siyasi liderlər yaxasını bir tərəfə çəkib. Barı, siz bu məsələdə insaflı davranın!

Keçirəm mətləbə. Müsavat Partiyasının üzvləri olan Arzu Səmədbəyli və Mehman Cavadoğlu ilə əlaqə saxlamağa çalışdım. Amma hər iki partiya üzvünün sönük davranışı düzü, məndə  çaşqınlıq yaratdı.

Hər ikisinin siyasi arenada çəkisi var. Hörmət sahibidirlər. Bəs nə vaxta qədər  susqunluq nümayiş etdirəcəklər?! Görünür, fərqində də deyillər ki, passiv mövqedə dayanmaqla  bütün müxalifətin gələcək taleyi barədə proqnoz vermiş olurlar.  

Hər telefon zəngi zamanı “2 aydan sonra danışarıq”  deyən Mehman Cavadoğlunun sonuncu siyasi fəaliyyəti nədən ibarət olub?

Yaxud da “müsahibə alacaqsınızsa, müsait deyiləm” deyən Arzu Səmədbəyli özünün passiv mövqeyini sərgiləmirmi?

Düzü, bu cür “aktivlikdən” sonra belə qənaətə gəlməmək mümkünsüzdür. Bəlkə də  üzv olduqları partiyada məmnun deyillər. Bəlkə də, siyasətdən getmək istəyirlər, amma qərar verməkdə çətinlik çəkirlər. Bəlkə də, bəlkə də......

Bu bəlkələri çox uzatmaq olar.

 

Dövlətlərin iqtidar qolu olduğu kimi, müxalifət qolu da var.  İndi siz də müxalifət cəbhəsinin üzvləri olaraq üzə çıxın ki, simanızı və adını yaddan çıxartmayaq.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır