Modern.az

Sadiq Gözəlov və Şərif Əsədullayev təqaüdə göndərildi

Sadiq Gözəlov və Şərif Əsədullayev təqaüdə göndərildi

24 Yanvar 2017, 19:45

Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib. Modern.az saytı xəbər verir ki,  APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.

 

Bununla bağlı DİN-də tədbir keçirilib. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib.

 

DİN-in mətbuat xidmətindən S. Gözəlov və Ş. Əsədullayevin təqaüdə göndərildiyini təsdiqləyiblər.

 

Xatırladaq ki, S. Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib.

 

Qeyd edək ki, "Haqqın.az" saytı S. Gözəlov, Ş. Əsədullayev və Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinovun da işdən çıxarılması barədə məlumat yayıb.  

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...