Modern.az

Türkiyədə irimiqyaslı əməliyyat keçirilib

Türkiyədə irimiqyaslı əməliyyat keçirilib

Dünya

29 Yanvar 2017, 00:28

Türkiyənin İstanbul şəhər polisi irimiqyaslı axtarış-yoxlama əməliyyatı keçirib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat eyni vaxtda şəhərin bütün ərazilərində keçirilib. Əməliyyatda 5 mindən çox polis iştirak edib. Onlara 12 polis vertolyotu da havadan dəstək verib.

Şəhərin mərkəzində, habelə giriş və çıxışlarında, əvvəlcədən müəyyənləşdirilmiş ayrı-ayrı ünvanlarda keçirilən əməliyyat zamanı 159 şübhəli şəxs üzərində və avtomobillərdə axtarışlar aparılıb. Əməliyyatda şəhər polisinin rəhbərliyi də iştirak edib.

Hələlik əməliyyat zamanı saxlanılanların olub-olmadığı barədə məlumat verilmir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır