Modern.az

Düşüncələr dəyişir, tanrılar gedir və ruhlar yox olur – ELMİ

Düşüncələr dəyişir, tanrılar gedir və ruhlar yox olur – ELMİ

13 Fevral 2017, 22:18

Modern.az saytının elmi mövzuda yazıları davam edir. Budəfəki mövzumud ruh anlayışı ilə bağlı olacaq.

İnsanlar hesab edir ki, bizim hisslərimizi, düşüncələrimizi və mənliyimizi əsl ortaya qoyan şey bizim ruhumuzdu. Bu məlumatın mənbəyinə baxdığımız zaman çox qədim dövrlərə getməliyik.

Əvvəlki əsrlərdə ruhun olduğuna dair başlanan ilk inancları, öldükdən sonra diriləcəklərinə inanıb məzarlarını otaq şəklində hazırlayanları, atları və ya qiymətli əşyalarıyla basdırılan sivilizasiyaların dəlil xüsusiyyətində ortaya qoya bilərik. Qədim dövrlərdə din ilə uyğunlaşmış halda olan bu ruhun, yalnız insanlarda deyil, təbiətin hər yerində ola biləcəyini ortaya qoyurdular. Günəş tanrıları, su tanrıları, bərəkət tanrıları insanların bu fikirlərinin gerçək olduğunu düşünməsinin məhsuludur. Vulkanların bir ruhu olduğunu düşünən bu insanlar sonradan bunun təbiətin bir nizamı olduğunu və onları tanrı olaraq gördükləri səbəblərin arxasında yalnızca təbii səbəblər yatdığını gördülər. Təbiətə aid şeylərin bir ruhu olmadığını başa düşdülər və zamanla əvvəlki fikirlərin səhv olduğunu qəbul edə bildilər.

 

İndiki dövrə baxdığımız zaman, bizim cəmiyyətimizdə, insanların ruhu olduğuna dair düşüncə çox məşhurdur. Bunun əsl səbəbi yenə dinlə uyğunlaşan bir düşüncədir. Yaşadığımız dinlərə baxsaq, öldükdən sonra dirilmə, bədənin çürüyüb ruhun eyni qalması, ruhun mükafatlandırılması və ya cəzalandırılması, tanrıyla qurulan ünsiyyətin yalnız ruh vasitəsilə ediləcəyi kimi vəziyyətlər olduğu üçün inanclı birinin ruhun olduğuna inanması absurd görüləcək bir vəziyyət deyil. Lakin bu vəziyyət, onların düşüncələrinin heç bir şəkildə doğru olduğunu təsdiqləyə bilməz. Dinin yanaşmaları gerçək olaraq qəbul edilə bilməz. Qədim dövrdəki inancların səhvini elm tək-tək necə ortaya qoydusa, günümüzdəki inancların da səhv olan qisimlərini zamanla çürüdə bilərik. Cəmiyyət içərisində elm irəlilədikcə düşüncələr dəyişir, tanrılar gedir və ruhlar yox olur. Amma bizim cəmiyyətimizə baxdığımız zaman insanların ruhunun olduğu düşüncəsinin çox məşhur olduğunu müşahidə edə bilirik.

Ətrafımızdan və ya mediadan gördüyümüz kimi ruhla əlaqəli bir çox xəbər və hadisə yaşanır. Lakin ruhların görüldüyü, çağırıldığı,onunla danışdığını iddia edənlər bunu heç bir şəkildə sübut edə bilməyib.

 

Müstəqil ruh dedikləri qavram öz dəyərini sübut edə bilmir. Çünki əgər həqiqətən insanda müstəqil şəkildə bir ruh olsaydı, məsələn, psixotrop maddələrin təsirilə insan anlaqsız, şüursuz  vəziyyətə düşməli deyildi. İddia sahiblərində bunun əksini sübut edəcək heç bir fakt yoxdur. Lakin elm bunu izah edir: ruh deyilən bir qavram yoxdur, insanın şəxsiyyəti, mənliyi, duyğuları və hissləri ancaq beyin neyronları ilə  tənzimlənir.

Yəni antik zamanlardan bəri təyin olunan beyninizi bir maşına bənzətsək, onu idarə edən bir üst quruluş yoxdur. Beyin daxildən və xaricdən gələn milyardlarla məlumatı davamlı gələn informasiyaları qəbul edən  bir prosessor kimidir. Mənlik qəbulunun tam olaraq harada və necə meydana gəldiyi dəqiq bilinmir, ancaq müəyyən sinirlər yatırıldığı zaman şəxsin mənliyini tamamilə itirdiyi və buna görə də bu hissin tamamilə mexaniki bir hiss olduğu dəqiq bir şəkildə bilinir. Buna görə də ruh kimi anlayışlar, yalnızca uydurma terminlərdən ibarətdir. İnsanların bilmədiyi və ya cavab verə bilmədiyi mövzulara uydurduqları, sualdan qaçınmağı təmin edən və gerçək cavaba çatmağı gərəksiz edən maskalardan ibarətdir.

 

Şüurumuz, düşüncəmiz ruh deyil, elektrokimyəvi siqnallara verilən biokimyəvi reaksiyalarla əlaqəlidir

 

Əgər ruhumuz yoxdursa bizi xüsusi edən nədir? Necə oldu ki,insan növü digər canlılardan fərqli olaraq düşünə bildi? Bəs insan niyə düşünən bir varlıqdır? Düşünmək nə deməkdir? Düşüncə necə yaranıb?

Bu, əslində başa düşülməyəcək bir fakt deyil. Təkcə lazım olan şey, başdakı düşüncə imicinin silinməsidir. Bizə, düşünmək anlayışını min illərdir elə yeridiblər ki, bizdə çox dərin və xüsusi bir gücü olduğu təəssüratı yaradır. Düşüncə dediyimiz anlayış, beyindəki hüceyrələrə çatan elektrokimyəvi siqnallara verilən biokimyəvi reaksiyaların bütünüdür. Yəni əslində bir canlı düşünməz. Düşünmə əməliyyatını edənlər, bu mövzuda xüsusiləşmiş hüceyrələr birliyidir. Bildiyiniz kimi hüceyrələr bir yerə gələrək toxumaları və orqanları meydana gətirirlər. Biz bu düşünmək və daha bir sıra əhəmiyyətli işləri edən hüceyrələr birliyinə (orqana) beyin deyirik. Beynimizdə milyardlarla sinir hüceyrəsi var. Bu say ağlasığmaz kimi görünsə də, onsuz da hüceyrə anlayışından bəhs edildiyi zaman, bizim vərdişlərimizin kənarındakı uzunluq ölçülərinə baxsaq (mikrometr, nanometr), bu böyük ədədlər çox da maraqlı bir hal əks etdirmir.


Bədəniniz, xüsusiləşmiş başqa hüceyrə qruplarının vasitəsilə, ətrafınızda məlumat toplayırlar. Göz, qulaq, burun, dəri, dil vasitəsilə. Ətrafdan gələn məlumatlar, elektrokimyəvi təsirlərə (pulse) çevrilərək, beyinə ötürülür. Beyində, gələn elektrokimyəvi təsirlərə görə xüsusiləşmiş hüceyrələr var.

Və gələn təsirin şiddətinə, tipinə, formasına, uzunluğuna, və s. dəyişikliyinə görə hüceyrələr müəyyən biokimyəvi reaksiyaları əmələ gətirirlər. Məsələn düşünün ki, burnunuza gözəl bir yemək qoxusu gəlir. Əvvəlcə burundakı duyğu sinirləri bunu, qoxunun tip, növ, kimyəvi xüsusiyyətlərinə görə qəbul edib, buna uyğun və bu qoxunu təyin edəcək siqnallara çevirirlər. Bu elektrokimyəvi sinirlər beynin qəbul edən hissəsinə ötürülür. Bu hadisə də tamamilə biokimyəvidir və reaksiya hara gedəcəyini bilməz. Ancaq onsuz da açar-kilid əlaqələri kimi hər reaksiyanın gedəcəyi yer milyardlarla illik təkamül nəticəsində təyin olunub. Hətta bəzən tanımadığımız təsir qarşısında hisslərimizin qarışması buna görədir. Qəbul edilən hissədə, bir sıra biokimyəvi reaksiya reallaşar (CASCADE deyirik buna) və bu reaksiyalar nəticəsində bəzi kimyəvi məhsullar əldə edilir. Bu məhsullar da bir çox müxtəlif nəticələr yarada bilər. Bunlardan biri ağzın sulanmasının xəbərdar edilməsidir. Bu da təbii seçmə ilə əldə edilmiş bir xüsusiyyətdir, çünki ağzın əvvəldən sulanması tüpürcək istehsalını artırır və qidanın parçalanmasını asanlaşdırır. Bu yalnızca nümunələrdən biridir.


Düşünmək hissəsinə gəldiyimiz zaman eynilə qoxuda olduğu kimi bizə ekoloji olaraq gələn siqnallardan qəbul etdiklərimizə görə bir nəticə çıxarmaqdır. Bu, “A və B-dən birini seç” şəklində gələn məlumata verdiyimiz reaksiyadır. Bu da, bizim istər genetik, istərsə də ekoloji olaraq əldə etdiyimiz arxa planımız (background) daxilində hüceyrələrimizin verdiyi kollektiv reaksiya ilə qiymətləndirilər. Bəzi hüceyrələr keçmişin yaratdığı təsirləri ağlımızda saxlamaq və bənzər reaksiyalar vermək üzərinə ixtisaslaşıblar. Yaddaş dediyimiz bu fakt, beynimizdəki elektrokimyəvi reaksiyaların cəmindən başqa bir şey deyil. Yaddaşın müqəddəs və ya elmdən kənar bir hadisə olmadığı, yaddaş itkisi hadisəsi incələndikcə bilinir. Heyvanların çox böyük bir qismində yaddaş faktına rast gəlinir, balıqlardan quşlara, məməlilərdən sürünənlərə qədər …
Düşüncə yaratmaq isə bir heyvan növü olan Homo Sapiensin 5 milyon illik təkamülü nəticəsində sahib ola bildiyi bir xüsusiyyətdir. Bunun üçün bir çox səbəb sayıla bilər, ancaq əvvəlcə “co-evolution” (qarşılıqlı təkamül) prinsipi incələnməlidir. Buna görə bəzi xüsusiyyətlərimiz, digər bəzi xüsusiyyətlərimiz ilə birlikdə bir-birlərini qarşılıqlı olaraq dəstəkləmək üçün təkamülləşib. Məsələn, insanın təbiətdəki ən üstün xüsusiyyəti, ünsiyyət mövzusunda ən inkişaf etmiş növ olmasıdır. Bu hadisə təxminən 7 milyon il əvvəl atalarımız daha çox meymuna bənzər olduğu zaman reallaşıb. Ancaq ictimai heyvanlarda ünsiyyət çox vacibdir. Çünki ünsiyyət qurulduğu müddətdə həyatda qalma ehtimalı artır. Buna görə də insan üçün ünsiyyəti inkişaf etdirmək zəruri olub. Təbii seçim və hətta cinsi seçim ilə dəstəklənən bu fakt (dişilər ünsiyyət mövzusunda ən yaxşı olan erkəkləri tərcih edirlər), “co-evolution” anlayışı çərçivəsində təkamülləşib. Ünsiyyətin inkişafı üçün, daha böyük bir beyinə ehtiyac var. Çünki daha çox siqnal alıb, daha çox reaksiya vermək lazımdır. Həmçinin 4 ayaqdan (quadreped, tetrapod) 2 ayaqlı (biped) hala gələn insanoğlu üçün tarazlıq və duyğu orqanları da əhəmiyyət qazanıb. Bax bütün bunların kollektiv birləşməsi, beyini böyüməyə məcbur edib. Və təbii seçmə ilə ən böyük beyinə sahib olan fərdlər seçilib.
Beynin böyüməsinin yan təsirlərindən biri olaraq canlılar daha ağıllı hala gəlməyə başlayıblar. Çünki artıq ətraflarını daha yaxşı qəbul edəcək şəkildə xüsusiləşmiş hüceyrələrdən daha çox yararlana bilirlər.

                                                                                                          

Bəs düşüncə, şüur,zəka bizi digər canlılardan üstün edə bilərmi?

 

Hər heyvanın müəyyən bir səviyyədə zəkası var. Ancaq insan, bunlardan açıq bir şəkildə irəlidədir. Lakin bu, o demək deyil ki, biz onlardan üstünük. Biz, yalnızca zəka mövzusunda özünü inkişaf etdirmiş bir canlı növüyük. Bunun xaricində bir ayı kimi pəncələrimiz, bir dovşan kimi qıçlarımız, bir pələng kimi sürətimiz, bir kəpənək qədər gözəl rəngimiz, bir köpək balığı kimi həssas burnumuz yoxdur. Onlara nisbətən, beynimiz daha çox inkişaf edib və bu an ətrafımızda gördüyümüz hər şey bu inkişafın məhsuludur. İnsan şüurunun təkamülü zəkanın təkamülü ilə paralel baş verib. Beyin böyüyüb, sinir düyünlərinin sayı artdıqca, duyğu orqanlarından alınan məlumatların işlənməsi asanlaşıb, fərqliləşib. Əvvəllər bizə mənasız gələn nöqtələr məna qazanıb.

Bizim fikrimizcə, təbiətdə heç bir canlı, xüsusilə də heyvan, şüursuz hərəkət edə bilməz. Çünki az ya da çox inkişaf etmiş bir duyğu orqanları zənciri və sinir sistemi var. Buna görə də, zəka səviyyəsi bizim ölçməyimizlə 1 bal belə olsa, o, öz zəkası sərhədləri daxilində şüurlu hərəkət edir. Ancaq bu zəka sərhədləri elə dardır ki, bizim kimi daha yüksək zəkaya sahib növlər tərəfindən araşdırıldığı zaman avtomatik hərəkətlərə bağlanmış, ya da proqramlaşdırılmış hərəkət müşahidə edilir. Ancaq bunun doğru olmadığını düşünürük. Tək problem, bizim onların düşüncə səviyyəsində düşünə bilməməyimizdir. Və buna görə də onların etdiyi hərəkətləri biz instinktiv kimi başa düşürük.

 

Nəticə

 

Nəticə olaraq insanın özünü xüsusi bir varlıq kimi xarakterizə etməsi də imtiyazlı olaraq bir ruha sahib olduğunu düşünməsindən yaranıb. Lakin bizim digər canlılardan üstün olduğumuz deyilə bilməz. Bizdən daha sürətli, daha güclü, daha dayanıqlı və bir çox mövzuda daha üstün olan milyonlarla canlı növü yaşayır. Bizim tək üstünlüyümüz beynimizin inkişaf etmiş olması ilə əlaqəlidir ki, bu vəziyyətdə üstünlük söz mövzusu ola bilməz.

Zaman içərisində əsrlər boyunca görüldüyü kimi saxta-elm və metafizik düşüncələr elmin işığında bir-bir izah edilib və bu düşüncələr insanlar tərəfindən tərk edilib. İndiki vaxtda elmin ortaya qoyduğu məlumatlara baxsaq ruh deyə bir fakt yoxdur. Elm xaricindəki məlumatlar hər nə qədər ruhun olduğuna dair sübut təqdim etdiklərini iddia etsələr də, bu məlumatların günümüzə qədər heç bir sübut edilmiş tərəfi yoxdur.

 

Taryel ABDULLAYEV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir