Modern.az

Şimali Koreya liderinin qardaşını öldürən ikinci şübhəli saxlanılıb

Şimali Koreya liderinin qardaşını öldürən ikinci şübhəli saxlanılıb

Aktual

16 Fevral 2017, 10:38

Malayziya polisi Şimali Koreyanın lideri Kim Çen Inın qardaşı Kim Çon Namın öldürülməsində şübhəli bilinən ikinci şəxsin saxlandıldığını bəyan edib.

 

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ölkə polisinin baş müfəttişi Xalid Əbu Bakar deyib ki, şübhəli İndoneziya pasportu saxlanılan şübhəli tək olub.

Cənubi Koreyanın “Çosun” telekanalının məlumatına görə, Kim Çon Nam zəhərli iynə ilə öldürülüb. Telekanalın reportajında Kuala-Lumpur hava limanında ona iki qadının hücum edərək, cinayət yerindən qaçdırlarını bildirilib.

 

Fevralın 15-də bu qətllə bağlı birinci şübhəli – sənədlərinə görə 18 yaşlı Vyetnam vətəndaşı saxlanılıb.

Malayziya polisi hazırda 45 yaşlı Kim Çon Namın öldürülməsi ilə bağlı ola biləcək bir necə xarici vətəndaşı axtarır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır