Modern.az

İki jurnalisti öldürən intihar etdi

İki jurnalisti öldürən intihar etdi

Aktual

16 Fevral 2017, 11:23

Dominikan Respublikasında birbaşa radio verilişi zamanı iki jurnalistin öldürülməsində şübhəli bilinən polisin təqibi zamanı intihar edib.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, Xose Rodriqes polislərdən qaçıb yaxasını qurtara bilməyəcəyini anladığından özünü öldürüb.

 

İki jurnalist paytaxt Santo-Dominqonun 70 kilometr şərqindəki San-Pedro-de-Makoris şəhərində 103FM radiosunun birbaşa efiri zamanı öldürülüb.

Ölənləraparıcı Luis Manuel Medina və prodüsser Leonidas Martines olub.

 

Radiostansiyanın katibi Dayana Qarsia isə yaralanıb.

Polis bu qisasın hansı səbəbdən baş verdiyini hələ ki müəyyənləşdirə bilmir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır