Modern.az

“Elektron hökumət”dən yeni funksiya

“Elektron hökumət”dən yeni funksiya

Aktual

16 Fevral 2017, 21:45

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzi “Elektron hökumət” nəşrində “Artırılmış reallıq” (Augmented reality) texnologiyasından istifadə edib. Məlumat-Hesablama Mərkəzindən Modern.az saytına verilən  məlumata görə, “Artırılmış reallıq” funksiyası e-hökumət bülletenində nəşr olunan bəzi materialların virtual modifikasiyasıdır. Onların oxunması üçün “EGOV AR” mobil tətbiqi lazımdır. Bu funksiyadan istifadə edərkən kameranı bəzi materiallarda yer alan xüsusi görüntü üzərinə tutmaq tələb olunur.

 

“EGOV AR” mobil tətbiqini “Android” və “IOS” əməliyyat sistemlərində çalışan qurğular üçün əldə etmək mümkündür.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır