Modern.az

ABŞ-ın erməni səfiri Bakıya səfərindən DANIŞDI: “Azərbaycanlılar çox təəccüblənmişdilər”

ABŞ-ın erməni səfiri Bakıya səfərindən DANIŞDI: “Azərbaycanlılar çox təəccüblənmişdilər”

Qarabağ

19 Fevral 2017, 20:42

ABŞ-ın Suriyadakı (1989-1991) və İsraildəki (1993-1994) keçmiş səfiri, Dövlət Katibinin Yaxın Şərq Məsələləri üzrə köməkçisi (1991-1993) və hazırda Texas ştatının Rays Universitetinin Ceyms Beyker adlna Elmi Tədqiqat İnstitutunun direktoru Edvard Cerecyan maraqlı açıqlamalar verib.

Modern.az xəbər verir ki, ABŞ-dakı erməni nəşrlərinə müsahibə verən keçmiş diplomat Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakıya səfər etdiyini xatırlayıb.

 

 

“1999-cu ildə həmkarım Piter Rozenblatla (Amerikanın Yəhudi Komitəsinin sədri) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Bakı və Yerevana səfər etdik. Düşünürəm ki, azərbaycanlılar məni görəndə çox təəccüblənmişdilər. Ora oğlumla birlikdə getmişdim.

 

 

Nizamlanma prinsipləri bu gün də masa üzərində olan prinsiplərlə demək olar ki, eyni idi. Təəssüf ki, biz cüzi irəliləyişə nail olduq. Sonra prosesin dondurulması və real nəticə əldə etməyin mümkünsüzlüyünü anladığım üçün prosesdən kənarlaşdım. Mən proses xatirinə nəyisə etməyi xoşlamıram. Hesab edirəm ki, sülh əldə etmək üçün düşmənlə strateji dialoqa daxil olmaq lazımdır”.

 

 

Edvard Derecyan aprel döyüşlərindən sonra yaranmış vəziyyətdə sülh arayışlarının davam etməli olduğunu deyib. Onun fikrincə, Azərbaycan neft gəlirləri hesabına müasir silahlar alıb və yeni müharibə başlayacağı təqdirdə bunun rəsmi Yerevan üçün böyük təhlükə törədəcəyini deyib.

 

“Ermənistan müharibədə qalib gəldiyi üçün və Azərbaycan ərazilərini tutduğu üçün əlverişli mövqe tuturdu. Mən, hələ gec olmamış bu situasiyadan istifadə etməyə səsləyirdim. Azərbaycan neft və qaz hesabına çoxlu pul toplayıb. Bu onlara ordularını gücləndirməyə və yeni müharibədə Ermənistanı əlverişsiz mövqeyə salmağa yardım edə bilər. Artıq həmin gün gəlib çatıb. Məsələ ondadır ki, biz Azərbaycan və Ermənostan, o cümlədən beynəlxalq aləm olaraq siyasi iradə nümayiş etdirib danışıqlar prosesini irəliyə apara bilmədik”.

 

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır