Modern.az

Formula-1 yarışı üçün satılan biletlərin 60 faizi Rusiyadan  alınıb

Formula-1 yarışı üçün satılan biletlərin 60 faizi Rusiyadan  alınıb

Aktual

20 Fevral 2017, 11:58

“Formula -1 Azərbaycan Qran Prisi üçün satılan biletlərin 60 faizi Rusiyadan alınıb".

 

Modern.az xəbər verir ki, bu məlumatı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

O bildirib ki, ötən il ilə müqayisədə bilet satışı daha sürətlə gedir.

"Bu il bilet satışı üzrə ilk yerləri Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Azərbaycan, ərəb ölkələri tutur. Artıq biletlər 40-dan çox ölkədə satılıb. Sevindirici haldır ki, bu il Azərbaycan vətəndaşları yarışa daha çox maraq göstərir. Əsas hədəflərimiz ərəb ölkələrinin, Böyük Britaniya və Rusiya fanatlarının daha çox bilet almasıdır. Böyük Britaniyada Formula -1 fanat kütləsi çoxdur. Bundan əlavə biz azərbaycanlı azarkeşlər üçün yeni kampaniya elan etmişik".

 

Filarmoniya və Abşeron tribunalarına biletlərin daha çox satıldığını vurğulayan Nigar Arpadarai əlavə edib ki, Bakı adi şəhərdən Formula-1 trekinə çevriləcək: "Tribuna və təhlükəsizlik baryerləri may ayında qurulacaq. Hazırda işlərimiz tam sürətlə davam edir".

 

O, əyləncə proqramlardan imtina edilməsinə də aydınlıq gətirib: "Biz keçən il 2 kilometrlik əyləncə zonası ayırmışdıq, Bakı Dəniz Vağzalından “Azneft” meydanına qədər. İnsanların daha çox canlı əyləncələrə meyl göstərdiyinin şahidi olduq. Məsələn, uçan turbin adlı əyləncəyə maraq yox idi. Bu il həmin atraksion olmayacaq".

 Əcnəbi ulduz səfirin  gəlməsi ilə bağlı da danışan Nigar Arpadarai bildirib:

 

“Bu il əcnəbi ulduz səfirin gəlməsi nəzərdə tutulmur. Ötən il pilot Fernando Alonso ulduz səfir idi, onun Azərbaycanın ev sahibliyi etdiyi Formula-1 yarışının təbliğinə çox köməkliyi oldu. Bu il isə əcnəbi ulduz səfir olmayacaq, bir neçə tanınmış şəxslə müqavilə əsasında təbliğatımızı quracağıq".

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır