Modern.az

İcra başçısı 4 kəndin problemlərini araşdırdı

İcra başçısı 4 kəndin problemlərini araşdırdı

Aktual

20 Fevral 2017, 11:30

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev həftə sonu Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərində olub, vətəndaşlarla görüşüb, onlarla söhbət edib, problem və qayğılarını dinləyib. Görüş zamanı Alı Alıyev Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərində yaşayan məcburi köçkünlərə elektrik enerjisi və qazdan istifadə zamanı israfçılığa yol verməməyi tövsiyyə edib. Alı Alıyev həmin kəndlərdə pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsi, kənd sakinlərinin həyatyani və pay torpaq sahələrindən istifadəsi ilə maraqlanıb, heyvandarlıq və bostan-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan ailələrlə görüşüb, onlara məsələhət və tövsiyyələrini verib.


Görüşlərdə qeyd olunub ki, Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərində yaşayan əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və heyvandarlıq təşkil edir. Hazırda sözügedən kəndlərdə pambıq əkini  payız şumu aparılıb, barama saxlayacaq kümçülər müəyyənləşdirilib, həyətyani torpaq sahələrində kartof əkininə başlanılıb, bostan-tərəvəz məhsullarınını yetişdirilməsi üçün isə işlərə başlanılıb.


Görüşlərdə bildirilib ki, Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərinin işıq, su, qaz və yol ilə bağlı sosial problemləri tam həll olunub. Kəndlərdə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir,  torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.


Yerlərdə keçirilən görüşlər zamanı görülən işlər, görülməsi planlaşdırılan məsələlər vətəndaşlarla birgə müzakirə olunur, ictimai nəzarət qaydasında mövcud nöqsan və çatışmazlıqlar əhali ilə birgə həll olunur.


Görüşlərdə Füzuliyə və füzulililərə göstərdiyi diqqət və qayğıya görə məcburi köçkünlər Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.



Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır