Türkiyənin Tehrandakı səfiri Reza Hakan Təkin İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, buna səbəb Türkiyə rəhbərliynin Münhen konfransında İranla bağlı çıxışları olub.
İran XİN-nin mətbuat katibi Bəhram Qasemi deyib ki, əgər Türkiyə İran barəsində yenə də istehzalı bəyanatlar verməyə davam edərsə, rəsmi Tehranın tezliklə səbri daşa bilər.
Qeyd edək ki, Fevralın 19-da 53-cü Münhen Təhlükəsizlik Konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranı bölgədə şiəçiliyi və dini sektaçılığı yaymaqda günahlandırıb.
Modern.az