Modern.az

Səfir: “Azərbaycan-Küveyt əlaqələri güclü inkişaf edib”

Səfir: “Azərbaycan-Küveyt əlaqələri güclü inkişaf edib”

Aktual

22 Fevral 2017, 23:22

Küveytin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Dövlət müstəqilliyinin 56-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

 

Modern.az xəbər verir ki, qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ölkəsinin keçdiyi inkişaf yolundan söhbət açıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.

 

Diplomat Küveyt ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır.

O bildirib ki, ikitərəfli əlaqələr son dərəcə güclü inkişaf edib. Diplomat əlaqələrin inkişafında dövlət başçılarının rolunu xüsusi qeyd edib.

"Hökumətlərarası komissiyanın iki iclası keçirilib. Bu iclasların nəticəsidir ki, bir sıra sazişlər imzalanıb. Xüsusilə iki ölkə arasında birbaşa aviareysin açılmasına şərait yaradan sazişi xüsusi qeyd eləmək istərdim". 

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əlamətdar gün münasibətilə Küveyt xalqını Azərbaycan hökuməti adından təbrik edib, xoş arzularını çatdırıb.

 

Nazir qeyd edib ki, Azərbaycan ilə Küveyt arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Ə.Qarayev dost ölkə Küveytin Azərbaycan ilə ikitərəfli və beynəlxalq səviyyədə əməkdaşlıq etdiyini söyləyib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdıran nazir bu ildə hər iki ölkə arasında münasibətlərin daha da möhkəmlənəcəyini və dərinləşəcəyini deyib.

 

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır