Modern.az

Lapşinin yeni vəkili danışdı: “Onun şəxsi istəyi ilə...”

Lapşinin yeni vəkili danışdı: “Onun şəxsi istəyi ilə...”

Aktual

24 Fevral 2017, 10:58

Vəkili Azərbaycanın ərazi bütövlüyü əleyhinə  açıq çağırışlar etməkdə təqsirləndirilərək həbs edilən və ölkəmizə ekstradisiya olunan israil əsilli bloqqer Aleksandr Lapşinlə görüşüb.

 

Bu haqda Modern.az-a bloqqerin hüquqlarını müdafiə edəcək yeni vəkili Eduard Çernin məlumat verib.

 

Vəkil müvəkkilinin saxlama şəraitindən hər hansı şikayəti olamdığını bildirib. 

 

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Eduard Çernin A. Lapşinin şəxsi istəyi ilə onun müdafiəsinə qoşulduğunu qeyd edib.

 

Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır