Modern.az

Azərbaycanda ötən il açılan iş yerləri - RƏQƏMLƏR

Azərbaycanda ötən il açılan iş yerləri - RƏQƏMLƏR

Aktual

25 Fevral 2017, 10:01

Ölkə ərazisində 2016-cı il ərzində 8012 yeni müəssisə və təşkilat yaradılıb.

 

Bu haqda Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Müəssisə və təşkilatlardan 63,5 faizi Bakı şəhərində, 11,5 faizi Aran iqtisadi rayonunda, 7,4 faizi Abşeron iqtisadi rayonunda, 4,6 faizi Lənkəran iqtisadi rayonunda, 4,3 faizi Gəncə-Qazax iqtisadi rayonunda, 2,9 faizi Quba-Xaçmaz iqtisadi rayonunda, 2,7 faizi Şəki Zaqatala iqtisadi rayonunda, 1,5 faizi Dağlıq-Şirvan iqtisadi rayonunda, 0,8 faizi Yuxarı-Qarabağ iqtisadi rayonunda, 0,8 faizi Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayıb.

 

Həmçinin, ötən il ərzində ölkədə 196539 yeni, o cümlədən 154853 daimi iş yerlərinin açıldığı qeyd olunub. Açılmış daimi iş yerlərinin 9,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 18,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,8 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlardadır. 71,3 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Yeni iş yerlərinin 24,9 faizi Bakı şəhərinin, 1,5 faizi Naxçıvan Muxtar Respublikasının, 73,6 faizi regionların, o cümlədən 29,1 faizi Aran, 13,3 faizi Gəncə-Qazax, 6,6 faizi Lənkəran, 5,7 faizi Abşeron, 5,4 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,7 faizi Dağlıq Şirvan, 3,4 faizi Yuxarı Qarabağ, 0,5 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

 

Daimi iş yerlərinin 4,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,0 faizi tikinti, 3,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 2,9 faizi emal sənayesi, 2,5 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı, 1,6 faizi peşə, elmi və texniki fəaliyyət, 1,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 5,7 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır