Modern.az

Xocalı üçün səs ver!

Xocalı üçün səs ver!

Aktual

4 Mart 2017, 12:35

1992-ci ildə törədilmiş XX əsrin ən dəhşətli cinayəti - Xocalı hadisələrinin soyqırımı kimi tanınması üçün Fransada petisiya açılıb. Fransa vətəndaşı Olivier Pardonun təşəbbüsü ilə Fransa hökümətinə ünvanlanan və Xocalı soyqırımının tanınması ilə bağlı petisiya üçün həftənin sonunadək səsvermə davam edəcək. Fransa hökümətinin bu petisiyaya reaksiya verməsi üçün həftənin sonuna qədər ən azı 15.000 səs verilməsi zəruridir.


Modern.az saytının məlumatına görə, bununla əlaqədar dünya azərbaycanlılarına ünvanlanan müraciətdə petisiyaya səsə verməyə çağırılıb.


Petisiyaya qoşulmaq çox sadədir.

Bunun üçün aşağıdakı linkə daxil olmaq, sonra isə ad, soyad, e-mail adresi yazmaq lazımdır. Bununla siz Xocalı soyqırımının Fransada tanınmasına dəstək olursunuz. Dəstəyinizi əsirgəməyin:


PETITION POUR FAIRE RECONNAITRE LE MASSACRE DE KHOJALY



Fevralın 26-da Xocalı soyqrımının 25-ci ildönümü oldu. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir