Modern.az

“Qanunla belə rəftar etmək olmaz, cənablar!” - Hüqüqşünasdan yol polisinə İTTİHAM

“Qanunla belə rəftar etmək olmaz, cənablar!” - Hüqüqşünasdan yol polisinə İTTİHAM

Aktual

28 Fevral 2017, 14:33

“Sərnişin üçün kəməri olmayan avtomobillərin sürücülərini 150 manat cərimələyirlər”.

Modern.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib.

Ekspert bildirib ki, bu, ən böyük kobudluqdur:

“Avtomobilində sərnişinlər üçün təhlükəsizlik kəməri olmayan sürücü heç bir halda İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi üzrə məsuliyyətə cəlb edilərək 150 manat cərimə edilə bilməz. Səbəbi də elə həmin normanın özünün kifayət qədər aydın məzmunudur. Qanunla belə rəftar etmək olmaz, cənablar. Qanunu düzgün təfsir və tətbiq etmək lazımdır”.

 

Ə.Hüseynov bildirib ki, qanundakı boşluğu vətəndaşa yükləmək ən kobud qanunsuzluqdur.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır