Modern.az

Kütləvi uşaq məzarlığı aşkarlandı

Kütləvi uşaq məzarlığı aşkarlandı

Dünya

4 Mart 2017, 23:17

İrlandiyada yerli hakimiyyət dairələri vaxtilə katolik sığınacağı olan məkanda kütləvi uşaq məzarlığı aşkarlayıblar. Modern.az milli.az-a istinadən xəbər verir ki,Qoluey qraflığındakı Tuam şəhərinin yaxınlığında, "Bon Secours Mother and Baby Home" katolik uşaq sığınacağının bağında 800 uşağın qalıqları çıxarılıb. 20 məzarda dəfn olunan uşaqlar 8 ay-3 yaş arasında olublar. Uşaqların əksəriyyəti xəstəlikdən və daim yarıac qalmaqdan ölüblər.

 

Kilsənin himayəsində olan sığınacaqların fəaliyyətini araşdıran komissiyadan verilən məlumata görə, 1925-1998-ci illərdə İrlandiyada 18 belə qurum olub. Mütəxəssislər ekspertiza aparmaq üçün kütləvi məzarlıqdan sümük fraqmentləri və torpaq nümunələri götürüblər.

 

Sığınacaq əvvəllər "Bon Secour" katolik ordeninə məxsus olub və 1961-ci ildə qapadılıb. Ekspertlərin fikrincə, uşaqlar 1950-ci illərdə vəfat ediblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır