Modern.az

Putinin kiçik qızı haqda yeni xəbər YAYILDI

Putinin kiçik qızı haqda yeni xəbər YAYILDI

Dünya

6 Mart 2017, 22:23

Rusiya prezidentinin qızı sayılan Katerina Tixonova ilə bağlı yeni məlumat yayılıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milli İntellektual İnkişaf” fondunun prezidenti olan Katerina Funksional materialların və texnologiyaların sertifikasiyası və standartlaşması Mərkəzinin əsasını qoyub.

 

 

Mərkəzin yeni materialların, məsələn, polimer kompozitlərini sınaqdan keçirilməsi prosesinə nəzarət edəcəyi bildirilir. Yeni şirkət isətnilən kimyəvi materiallara bağlı yekun eskpert rəyi verəcək və həm dövlət, həm də özəl mənbələrdən maliyyə alacaq.

 

 

“Republic” qəzetinin məlumatına görə, prezident qızının başçılıq etdiyi “Milli İntellektual İnkişaf Mərkəzi” 2015-2016-cı illərdə “Rosneft”, “Qazprom” və s. Dövlət şirkətlərindən elim təcrübələr üçün 110 milyard rubl yardım alıb.

 

 

Reuters və Bloomberg agentlikləri Katerina Tixonovanı Ümumdünya Akrobatik Rok-n-rollu Federasiyasının vitse-prezidenti olduğunu müəyyən etmişdilər.

 

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı