21 aprel 2018, Şənbə
Ana Səhifə - ÖLKƏ - Fransada diasporumuz Sarkisyana qarşı aksiya keçirdi - FOTO
Fransada diasporumuz Sarkisyana qarşı aksiya keçirdi - FOTO +
09.03.2017, 09:59

Azərbaycan diaspor təşkilatları martın 8-də Parisin mərkəzində Trokadero meydanı “İnsan hüquqları esplanad”ında Ermənistan preidenti S.Sarkisyanın Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib.

Bu haqda Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib.

"Paris Azərbaycan Evi"nin təşkilatçılığı ilə keçirilən aksiyada Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aksiya iştirakçıları turistlərlə dolu meydanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onun ətrafındakı 7 rayonda Ermənistan silahlı qüvvələrinin apardığı etnik təmizləmə siyasətindən, Xocalı soyqırımından danışıblar. Ermənistan Prezidenti Serj Sarkisyanın Parisə səfərinə etiraz bildirilib, onun əlinin qana batdığı, günahsız qadınların, uşaqların və qocaların qətlə yetirilməsinə birbaşa əmr verdiyi, münaqişə zamanı mülki şəxslər üçün humanitar dəhlizin yaradılmadığı vurğulanıb.

Ermənistan Prezidentinin mətbuatda Xocalı soyqırımının törədilməsinə əmr verdiyini dəfələrlə təsdiqlədiyi bildirilib. Qeyd edilib ki, S.Sarkisyan beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Ermənistanın ərazilərimizin 20 faizini işğal etdiyi, BMT Təhlükəsizlik Şurasının, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların qətnamə və qərarlarına riayət etmədiyi, doğma yurdundan didərgin düşən bir milyondan çox azərbaycanlının hüquqlarını pozduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi də Ermənistanın Avropa İnsan Hüquqları Konvensiyasına riayət etmədiyini dəfələrlə vurğulayıb. Belə bir vəziyyətdə insan hüquqlarının beşiyi olan Fransada Sarkisyan kimi qatillərə yer olmamalıdır. Ermənistan lobbisinin ölkəmiz əleyhinə saxta informasiyalar yayması dayandırılmalıdır.

Aksiyada iştirak edən həmvətənlərimiz bir neçə dildə “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycanındır!”, “Qarabağa azadlıq!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalı soyqırımını tanıyaq!”, “Ermənistan torpaqlarımızı qeyri-qanuni olaraq zəbt edib”, “Ermənistan, Azərbaycan torpaqlarından çıx!”, “Yalana yox deyək!”, “Sarkisyan terrorçudur!”, “ASALA terror təşkilatıdır!”, “Sarkisyan diktatordur!”, “Ermənilər, yalanlara son qoyun!”, “Sarkisyan qatildir!”, “Sarkisyanın yeri məhkəmədir!” kimi şüarlar səsləndiriblər.

“Xocalı soyqırımında əli olan bir qatilin Avropaya gəlişi qəbuledilməzdir. Əgər Avropa Sarkisyana qapı açırsa, onda orada ədalətdən danışmaq olmaz.

Avropadan ədalətsizliyə son qoymağı tələb edirik”, - deyə aksiya iştirakçıları bildiriliblər.

Fransız vəkil Olivye Pardo aksiyada iştirak edib və Xocalı soyqırımından danışaraq faciə zamanı insanların etnik mənşəyinə görə öldürüldüklərini, bunun bəşəriyyətə qarşı cinayət olduğunu bildirib. Vəkil Fransanın Xocalı soyqırımını tanıması üçün aksiya iştirakçılarını onunla bərabər mübarizə aparmağa səsləyib. Xocalı soyqırımı qurbanlarının xatirəsinin unudulmasının onların ikinci dəfə öldürülməsi demək olduğunu bildirən vəkil iştirakçıları faciə zamanı qətlə yetirilənlərin xatirəsini əbədiləşdirməyə - soyqırımının tanınmasına nail olmağa çağırıb.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel də aksiya iştirakçılarına qoşulub. Deputat qeyd edib ki, həqiqətlər olduğu kimi tanınmalıdır. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Nəticədə bir milyon azərbaycanlı doğma yurdundan didərgin düşüb və səbirsizliklə öz evlərinə qayıdacaqları günü gözləyir. O, Xocalı qətliamının 25 illiyi ilə bağlı təşkil etdiyi konfransda soyqırımı törədilən zaman 10 yaşı olan canlı şahidin çıxışından çox təsirləndiyini bildirib. Fransalı deputat Sarkisyanın müsahibəsində Xocalı soyqırımında birbaşa əli olduğunu təsdiqlədiyini bir daha xatırladıb.

Aksiya zamanı müsahibə verən vəkil Olivye Pardo Xocalı soyqırımının tanınması üçün başlatdığı petisiya barədə danışıb. O, Xocalı soyqırımında qətlə yetirilən 613 günahsız azərbaycanlının hansısa əməlinə görə yox, azərbaycanlı olduqlarına görə öldürüldüklərini vurğulayıb və bunun bəşəriyyətə qarşı cinayət olduğunu bildirib.

J. F. Mansel deyib ki, o, Beynəlxalq Qadınlar Günündə azərbaycanlı qaçqın və məcburi köçkün qadınların Fransa Prezidentinə məktub ünvanlamaq təşəbbüsünü alqışlayır. O bildirib: “Bu qaçqın qadınlar Fransa Prezidentinə öz doğma yurdlarına, evlərinə, valideynlərinin yaşadıqları, uşaqlarını böyütmək istədikləri məkana qayıtmaq arzularını çatdırıblar. Bu, onların fundamental hüquqlarıdır. Bu qadınların səsi eşidilməlidir, amma təəssüf ki, onların səsi kifayət qədər eşidilmir. Məhz buna görə bu gün insan hüquqları meydanına toplaşmağımız təsadüf deyil”.

 

 

Gülşən RAUFQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir - Maraqlı fakt 
21.04.2018, 01:11

Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir - Maraqlı fakt 

Qırğızıstanın yeni  Baş naziri məlum oldu
21.04.2018, 00:20

Qırğızıstanın yeni  Baş naziri məlum oldu

ABŞ məktəbində daha bir atəş açılıb
21.04.2018, 00:17

ABŞ məktəbində daha bir atəş açılıb

Ermənilərin Kölndəki “soyqırımı" memorialı söküləcək
21.04.2018, 00:14

Ermənilərin Kölndəki “soyqırımı" memorialı söküləcək

Birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib
21.04.2018, 00:13

Birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib

Ürəyi cavanlaşdırmağın yolu tapıldı
21.04.2018, 00:09

Ürəyi cavanlaşdırmağın yolu tapıldı

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib
21.04.2018, 00:08

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib

İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar
20.04.2018, 23:55

İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar

Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”
20.04.2018, 23:46

Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü— FOTOLAR
20.04.2018, 23:37

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü— FOTOLAR

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb
20.04.2018, 23:26

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb

Hökumət düyməyə basdı - 10 universitet bölünəcək   
20.04.2018, 22:18

Hökumət düyməyə basdı - 10 universitet bölünəcək  

Məşhur sovet kosmanavtı vəfat etdi
20.04.2018, 22:15

Məşhur sovet kosmanavtı vəfat etdi

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO
20.04.2018, 22:12

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 
20.04.2018, 21:30

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək
20.04.2018, 21:17

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi
20.04.2018, 21:14

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi
20.04.2018, 21:02

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir
20.04.2018, 20:55

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 
20.04.2018, 20:43

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb
20.04.2018, 19:27

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR
20.04.2018, 19:15

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR

Prezident Dövlət Komitəsini ləğv etdi
20.04.2018, 19:09

Prezident Dövlət Komitəsini ləğv etdi

İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyini iki struktura böldü
20.04.2018, 19:00

İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyini iki struktura böldü

Yerevanda tutulan etirazçıların sayı 217-yə çatdı
20.04.2018, 18:56

Yerevanda tutulan etirazçıların sayı 217-yə çatdı

Bakıda metronun elektrik deposundan əl qumbarası tapıldı
20.04.2018, 18:42

Bakıda metronun elektrik deposundan əl qumbarası tapıldı

Pambıqçılıqda yeni preparatdan isitfadə olunacaq
20.04.2018, 18:39

Pambıqçılıqda yeni preparatdan isitfadə olunacaq

Nazirdən PROQNOZ: Neftin qiyməti 80 dollara çata bilər
20.04.2018, 18:35

Nazirdən PROQNOZ: Neftin qiyməti 80 dollara çata bilər

ADU ilə Pekin Xarici Dillər Universiteti memorandum imzalanıb
20.04.2018, 18:21

ADU ilə Pekin Xarici Dillər Universiteti memorandum imzalanıb

Bilik Fondu paytaxtda və bölgələrdə silsilə mühazirələr təşkil etdi
20.04.2018, 18:17

Bilik Fondu paytaxtda və bölgələrdə silsilə mühazirələr təşkil etdi

Türkiyənin baş nazirindən ABŞ-a sərt mesaj: “Öz işinlə məşğul ol”
20.04.2018, 18:06

Türkiyənin baş nazirindən ABŞ-a sərt mesaj: “Öz işinlə məşğul ol”

Eldar Mahmudov məhkəməyə verilib
20.04.2018, 17:36

Eldar Mahmudov məhkəməyə verilib

Elçibəyin 80 illiyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradıldı
20.04.2018, 17:35

Elçibəyin 80 illiyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradıldı

Kikboksçularımız Londonda yığışır   
20.04.2018, 17:33

Kikboksçularımız Londonda yığışır  

Ermənistanda saxlanılanların sayı 183-ə çatıb
20.04.2018, 17:31

Ermənistanda saxlanılanların sayı 183-ə çatıb

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(10%)
İmtahan qiymətləri normalıdr(5%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(75%)
İmtahan qiymətləri azaldılmalıdır(2.5%)
İmtahan qiymətləri artırılmalıdır(7.5%)