Modern.az

Bakı Dairəvi avtomobil yolunun bir hissəsi təmir olunur - FOTO/VİDEO

Bakı Dairəvi avtomobil yolunun bir hissəsi təmir olunur - FOTO/VİDEO

Aktual

26 Aprel 2024, 12:33

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparıb.

 

Modern.az Agentliyə istinadən xəbər verir ki, təmir işləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-ə qədər) aparılıb.

 

Sözügedən hissə uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə edilirdi. Bu isə yolda rahat və maneəsiz hərəkətə maneə yaradırdı.

 

Təmir çərçivəsində köhnə və yararsız asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

 

Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunmaqla yol yenilənmiş şəkildə yenidən sürücülərin istifadəsinə verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək