Modern.az

Aprelin sonuncu şənbəsinin havası - 32 dərəcə isti

Aprelin sonuncu şənbəsinin havası - 32 dərəcə isti

Aktual

26 Aprel 2024, 12:48

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək