26 may 2017, Cümə
Ana Səhifə - İQTİSADİYYAT - Azərbaycanda parfümeriya bazarı hərc-mərclik içində boğulur
Azərbaycanda parfümeriya bazarı hərc-mərclik içində boğulur
15.03.2017, 16:45

Keyfiyyətli ətirə sahib olmaq hər kəsin istəyidir. Ancaq ətir bazarının bugünkü durumu çoxlarını çaşbaş salıb. Söhbət təbii ki, Azərbaycandan gedir. İnsanlar ətirə çəkinmədən pul xərcləsələr də, əksər hallarda aldadılırlar.  Çünki indi satışda istənilən məşhur brendin məhsullarına rast gəlmək olar, amma onlar orijinal deyil, saxtadırlar.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da Modern.az-a açıqlamasında bu sahədə alıcıların hər addımda aldadıldığını deyib.

 

“Bəzən məhsulun qiymətinin ucuz olması onun keyfiyyətinin xəbərçisidir. Amma buna baxmayaraq, yüksək qiymətə satılan keyfiyyətsiz məhsullar da az deyil. Ucuz məhsullar kustar üsulla hazırlanır, ya da vaxtı keçmiş olur. Ümumiyyətlə, dünyada parfümeriyanın 10%-i saxtadır. Saxta ətirlər Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Ukrayna və digər ölkələrdə istehsal edilir. Saxta parfümeriyanın böyük hissəsi Çində istehsal olunur. Keyfiyyətli məhsulu saxtadan ayırmaq üçün məhsulun qiymətinə və qablaşdırılmasına diqqət vermək lazımdır. Orijinal ətir bahalı və keyfiyyətli qutularda qablaşdırılır. Onun üzərindəki yazılar daha dəqiq olur, qutu səliqəli sellofan paketlərə bükülür. Onların üzərində istehsalçı ölkənin, şirkətin adı, keyfiyyət göstəriciləri və istehsal tarixi qeyd olunur.  Üzərində istehsal tarixi və yararlılıq müddəti olmayan məhsulları almaq məsləhət deyil. Bu, məhsulun saxta olmasının göstəricisidir”.

 

Eyyub Hüseynov bildirib ki, ölkənin əmtəə bazarında olan ən brend dükanlarda da saxta mallara rast gəlmək olar.

“Ölkədə sahibkarlar toxunulmazlıq şəraitindən sahibkarlar istifadə edir. Azərbaycanda istənilən ətiri  beş dəqiqəyə hazırlayan şəbəkələr də yaranıb. Monitorinq aparsaq, görərik ki, 90 faiz ətirlərin üzərində buraxılma tarixi, son yararlılıq müddəti yoxdur. Bu o deməkdir ki, qeyri-standart olan ətirlər Azərbaycan bazarına gətirilir. Parfümeriya biznesində əgər yaxşı bir brend bazara gələrsə, təxminən bir həftə sonra onun saxta variantı meydana çıxarılır. Hətta saxtaları ondan da yaxşı düzəldilir. Parfümeriya bazarı ümumiyyətlə hərc-mərclik içində boğulur. Təəssüflər olsun ki, ətirlər geri qaytarılmayan mallar siyahısındadır. Alıcı onu aldısa, artıq geri qaytara bilməz. İndi ən brend ətirin saxtasını ən zövqlü dükanlarda tapmaq olar. İDEAL parfüm və kosmetika mağazalar şəbəkəsində satılan bəzi ətirlərin brendə uyğun olmaması barədə bizə şikayətlər daxil olur. Metro çıxışlarında, yeraltı keçidlərdə və s. yerlərdə satılan saxta parfümeriya malları müxtəlif növ dəri xəstəliklərinə gətirib çıxarır. Saxta ətirlərin satılması daha çox bayramlar ərəfəsində baş verir. Çünki bu mallara təlabat artır. Satıcılar hardan və necə gəldi gətirib əhaliyə satırlar”.

 

Mirmahmud KAZIMOĞLU


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
25.05.2017, 23:44

Mosul raket atəşinə tutulub: 101 ölü

25.05.2017, 23:28

ABŞ-da helikopter qəzaya uğrayıb

25.05.2017, 23:15

Sabiq müstəntiq kitab yazır

25.05.2017, 23:01

Almaniya kansleri Ərdoğandan jurnalisti azad etməyi xahiş edib

25.05.2017, 22:46

31 İŞİD silahlısı zərərsizləşdirilib

25.05.2017, 22:33

Komputer oğrusu belə yaxalandı - VİDEO

25.05.2017, 22:18

Paytaxtda ağır qəza

25.05.2017, 22:04

Masallıda 35 ev qəzalı vəziyyətə düşdü: sakinlər evakuasiya olunur

25.05.2017, 21:34

Sabiq baş nazirin avtomobili partladıldı

25.05.2017, 21:17

Türkiyədə Azərbaycan vətəndaşı saxlanılıb

25.05.2017, 21:05

Azərbaycan neft hasilatının azaldılmasına razılaşdı

25.05.2017, 20:51

Avtobus qəza törətdi: bomj öldü

25.05.2017, 20:37

Dənizdə kişi meyiti tapıldı: İtkin neftçilərdən ola bilər

25.05.2017, 20:29

Dağlıq Qarabağdakı status-kvo kövrəkdir

25.05.2017, 20:14

Gürcüstana  elektrik enerjisinin idxal-ixracı dayandırılıb

25.05.2017, 20:01

Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

25.05.2017, 18:51

Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb

25.05.2017, 18:46

Azərbaycanda helikopterlərə texniki xidmət servisi mərkəzi yaradılacaq

25.05.2017, 18:40

Türkiyə ordusu 7 hərbçisini itirdi

25.05.2017, 18:34

Prezident Mahmud Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adı verib

25.05.2017, 18:29

Rumıniya nümayəndə heyəti ADU-da olub

25.05.2017, 18:23

İlham Əliyev Gürcüstan prezidentini təbrik edib

25.05.2017, 18:19

Abbasəli Novruzovu “Şöhrət” ordeni ilə təltif edib

25.05.2017, 18:14

Aydın Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

25.05.2017, 18:10

Rumıniya nümayəndə heyəti ADU-da olub

25.05.2017, 18:02

Öldürüləndə çantasında bir köynək və diş fırçası olan baş nazir - Tanımadığımız NƏSİB BƏY

25.05.2017, 17:48

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

25.05.2017, 17:45

Putindən İlham Əliyevə TƏBRİK: "Ölkəniz nüfuz qazanıb"

25.05.2017, 17:43

Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq

25.05.2017, 17:32

Ali məktəbələrə 2-ci qəbul və orta məktəblər üzrə buraxılış imtahanlarının tarixləri AÇIQLANDI

25.05.2017, 17:30

Hesablama Palatasının sədri 2016-cı ildə dövlət büdcəsinin icrası vəziyyətindən DANIŞDI

25.05.2017, 17:25

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb

25.05.2017, 17:23

“Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı Türkiyədə nəşr olundu

25.05.2017, 17:22

Tanınmışların “Son zəng” XATİRƏLƏRİ: “Məni oynamağa məcbur etdilər”

25.05.2017, 17:21

Təhsil Nazirliyi: “Kurrikulum ləğv oluna bilməz”

ARXİV