Modern.az

Azərbaycandan qaz almağı müzakirə etməliyik - Erməni spiker

Azərbaycandan qaz almağı müzakirə etməliyik - Erməni spiker

İqtisadiyyat

25 Aprel 2024, 13:22

Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Hesab edirəm ki, Ermənistan Azərbaycandan təbii qaz alarsa, bu, müsbət hal olar. Bu məsələni müzakirə etməliyik. İndi də Rusiya Federasiyasından aldığımız təbii qazın bir hissəsi Azərbaycan qazıdır”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirlən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda bildirib ki, normallaşma prosesindən və sülh müqaviləsi imzalanandan sonra Azərbaycan Ermənistana da qaz sata bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok