Modern.az

Rusiya Türkiyənin Suriyadakı fəaliyyətinə əngəllər yaradır” – Le Monde

“Rusiya Türkiyənin Suriyadakı fəaliyyətinə əngəllər yaradır” – Le Monde

Dünya

21 Mart 2017, 22:20

“Rusiya qoşunlarının Afrin şəhərində yerləşməsi, Ankaraya Suriyanın şimalında yerləşən kürdlərə qarşı mübarizə aparmasını çətinə salır”. Modern.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzetinin əməkdaşı Lui İmber öz məqaləsində yazır.

 

“Martın 20-də Rusiya Türkiyə və İsrailin ünvanına məktub yollayaraq Suriyadakı vəziyyətin yeganə hakimi olmaq ambisiyalarını ortaya qoydu. Türkiyə 2016-cı ilin avqustunda “Fərat qalxanı” əməliyyatı çərçivəsində irəliləyişini dayandırıb. Rusiya qoşunları zirehli texnika və milli bayraqları ilə Suriyanın şimal-qərbində yerləşən Afrin adlı kürd anklavında mövqe tutublar”-deyə məqalədə deyilir.

“Bu bölgə PKK ilə yaxınlığı ilə seçilən kürd özünümüdafiə dəstələri (YPG) tərəfindən nəzarətdə saxlanılır. Rusiya YPG-nin yaydığı məlumatı təkzib edərək Afrində hərbi baza yaratması və kürd dəstələrinə təlim keçəcəyini inkar etdi. Nazirlik 2016-cı ilin dekabrında imzalanmış və ruslarla türklərin təminatçısı olduqları atəşkəs rejiminə nəzarət üçün bölgəyə yerləşdiklərini bildirib. Amma əslində, bu addım türk qoşunlarının qərbə doğru irəliləməsi imkanlarını faktiki olaraq bloka salır”.

 

“Beləliklə, “Fərat qalxanı” əməliyyatı tamamilə bloka alınıb. Cənubda və şərqdəki Mənbic istiqamətində Suriya hökumət qoşunları, Afrində rusların yerləşməsi ilə isə qərb istiqamətində türklərin irəliləməsi faktiki olaraq dayanıb” – deyə müəllif yazır.

 

“İkinci çağırış isə Moskvadakı İsrail səfirinə ünvanlanmışdı. Belə ki, İsrailin müdafiə naziri Aviqdor Liberman İsrail təyyarələrinə atəş açılacağı təqdirdə Suriyanın Hava Hücumundabn Müdafiə Sistemini məhv edəcəklərini demişdi. Bazar ertəsi xarici jurnalistlərə müsahibə verən Bəşər Əsəd Moskvanın bu məsələ ilə bağlı İsraillə danışacağını demişdi. Əsəd İsrailin Suriyaya hava hücumlarına son verilməsini tələb etmişdi”.

 

Vüqar İSMAYILOV

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır