İsveçrəli diplomat Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu ölkənin Ankaradakı səfirinin müavininin Türkiyə XİN-ə çağırılmasına səbəb PKK-nın İsveçrənin paytaxtı Berndə mitinq keçirməsi olub.
Məlumata görə, PKK-nın aksiyasında Türkiyə prezidentinin ünvanına təhdidlər səsləndirilib.
İsveçrənin səfiri Valter Xafner Ankarada olmadığından etiraz onun müavininə bildirilib.
Modern.az