Modern.az

Çingiz Qənizadə: “Bəzi QHT-lər ölkəmiz haqqında həqiqətə uyğun olmayan informasiyaları xaricə ötürürlər”

Çingiz Qənizadə: “Bəzi QHT-lər ölkəmiz haqqında həqiqətə uyğun olmayan informasiyaları xaricə ötürürlər”

Qarabağ

12 Aprel 2011, 13:10

“Təəssüf edirəm ki, bəzi QHT-lər ölkəmiz haqqında həqiqətə uyğun olmayan informasiyaları xaricə ötürürlər. Bunun nəticəsində də müəyyən dövlətlər və beynəlxalq təşkilatların hesabatında Azərbaycan haqqında həmin informasiyalar əksini tapır”.
Bu fikirləri hakim partiyanıs aytına açıqlamasında «Azərbaycan Demokratiya və İnsan Hüquqları Komitəsi» qeyri-hökumət təşkilatının sədri, Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, ölkəmizdə fəaliyyət göstərən bəzi QHT-lər ABŞ Dövlət Departamentinin hesabatını obyektiv və ədalətli hesabat adlandırırlar. Onun fikrincə, bu cür insanlar yanılırlar və reallıq hisslərindən kənardırlar.

«Onu da demək istəyirəm ki, Dövlət Departamentinin hesabatında obyektiv məqamlar da var. Belə ki, qanunsuzluq etdiklərinə görə, müəyyən sayda polislərin daxili işlər orqanlarından uzaqlaşdırılması, korrupsiyaya qarşı mübarizənin aparılması obyektiv yanaşmalardır. Amma təəssüfləndirici haldır ki, hətta vaxtilə həbs olunmuş, sonra azadlığa çıxmış adamların da adı hesabatda təkrar olunur. Onlar bilərəkdən bu siyahını uzatmağa cəhd ediblər»- deyə Ç.Qənizadə qyed edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır