Modern.az

Bu reyslərdə planşet və noutbuklara icazə verilir

Bu reyslərdə planşet və noutbuklara icazə verilir

Dünya

29 Mart 2017, 23:07

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad Airways" aviaşirkəti ABŞ-a uçuşlar zamanı öz sərnişinlərinə pulsuz planşetlər təqdim etməyə başlayıb. Modern.az  “Trend”ə  istinadən xəbər verir ki, bu addım ABŞ-ın bu ölkəyə gələn təyyarələrdə telefonlardan başqa digər elektron cihazların qadağan olunması qərarına cavab olaraq atılıb.

Bundan başqa, BƏƏ-nin digər aviaşirkəti "Emirates" də ABŞ-a gedən sərnişinlərə uçuş zamanı noutbuk təqdim etməyi planlaşdırır.

 

Qeyd edək ki, ABŞ Yaxın Şərq və Şimali Afrikanın 10-dək hava limanından gələn reyslərdə telefon və smartfonlardan böyük elektron cihazların təyyarəyə götürülməsini qadağan edib. Qərar martın 25-dən qüvvəyə minib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır