Modern.az

Azərbaycanda icra başçısının müavininin arvadı özünü asdı

Azərbaycanda icra başçısının müavininin arvadı özünü asdı

30 Mart 2017, 17:54

Bu gün Qəbələ rayonunda intihar hadisəsi baş verib.

Modern.az saytı Azvision.az-a istinadən xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndində baş verib. Kənd sakini, 1973-cü il təvəllüdlü Allahverdiyeva Natavan Elman qızı özünü yaşadığı ünvanda asaraq intihar edib.

Nohurqışlaq kəndinin Bələdiyyə sədri Nizami İbrahimov bildirib ki, mərhum Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşıdır.

Onun sözlərinə görə, Allahverdiyeva Natavan uzun müddət xəstəlikdən əziyyət çəkirmiş. Özündən sonra 3 övladı qalıb. Böyük övladı Bakıda ali təhsil alır. Kiçik övladının isə 6 yaşı var.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir