19 avqust 2017, Şənbə
Ana Səhifə - QARABAĞ - Qüvvədən düşmüş sənəd – Qarabağda yeni müharibə başlaya bilər
Qüvvədən düşmüş sənəd – Qarabağda yeni müharibə başlaya bilər
17.04.2017, 13:22

Mayın 12-də 23 ili tamam olaraq Bişkek protokolları faktiki olaraq qüvvəsini itirib. 1994-cü ilin mayında Azərbaycan və Ermənistan tərəflərini Moskvanın vasitəçiliyi ilə Qarabağda aktiv döyüşləri dayandırmağa sövq edən edən kövrək müqavilə illər keçdikcə əhəmiyyətini bir az daha itirirdi. 23 ildir ki, həll olunmayan münaqişə bu məsələyə öz mənfi təsiri göstərmiş oldu.

 

Xüsusən, 2014-cü ilin avqustunda təmas xəttində baş verən döyüşlər Bişkek müqaviləsinin qüvvədən düşəcəyinə işarə idi. Ötən ilin aprel döyüşləri isə protokolların tamamilə qüvvədən düşməsinə və yeni reallığın yaranmasına yol açıb.

 

Əslində “Bişkek protokolu” sadəcə olaraq formal hesab oluna bilər. Atəşkəsin əldə olunması istiqamətində danışıqlarda iştirak etmiş ATƏT-in Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovun öz qələmindən çıxanlar da protokolun qeyri-obyektivliyi və ciddi hüquqi qüvvəyə malik olmadığına işarədir. “Bu sənəd hüquqi xarakter daşımadığına və üstəlik hüquqi öhdəliklər qoymadığına görə bir növ siyasi müraciət və ya sülhə çağırış idi. Buna görə də Azərbaycan tərəfin təkid etdiyi düzəlişlərin o qədər də böyük əhəmiyyəti yox idi. Bununla belə, Bakı yalnız onun istəklərinin təsbit olunduğu kağızı imzalamağa razılaşırdı”-deyə V. Kazimirov xatirələrində yazır.

 

Hər il atəşkəsin pozulması halları isə danışıqlar fonuna qara rəng qatmaqla həll prosesini bir az da ləngidir. Belə bir situasiyada “Bişkek Protokolu” nun yalnız simvolik xarakterə malik sənəd qismində “təsəlli” rolunu oynadığını təsdiq edir. Atəşkəsin pozulması isə daha da intensivləşməklə vəziyyəti dramatik məcraya yönəldir. 

 

Məsələ orasındadır ki, nə Azərbaycan, nə də Ermənistan rəsmi şəkildə atəşkəsi pozduğunu bildirir. “Bişkek protokolu” na görə tərəflərdən yalnız biri atəşkəsə əməl etməyəcəyini bəyan edərsə, sənəddəki müddəalar qüvvədən düşmüş sayılır. Ancaq atəşkəsin tənzimlənməsinə dair sənədin mövcudluğu indiki şəraitdə faktiki olaraq yalnız nəzəri mülahizələri özündə birləşdirir. Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsin Ermənistan ordusunun pozduğu haqqındakı statistikalarında da dəhşətli rəqəmləri görmək olar.

 

Müşahidəçilər Azərbaycanla Ermənistan arasındakı atəşkəs məsələsinə Rusiyanın nəzarət etdiyi fikrindədirlər. Əksər vaxtlar atəşkəsin məhz Rusiya tərəfindən pozulduğu barədə də rəylər var. Azərbaycanın müstəqil dövlət olaraq yürütdüyü xarici siyasət kursu birinci növbədə Cənubi Qafqazda və ümumiyyətlə, MDB məkanında əsas söz sahibinə çevrilmək istəyən Rusiyanı narahat edir. Kreml cəhd edir ki, Azərbaycan xarici siyasi koordinatlarının tərəzisinin gözü rəsmi Moskvanın xeyrinə əyilsin. Bakının Gömrük İttifaqına qoşulmaqdan imtina etməsi Moskva siyasi dairələrini Azərbaycana qarşı hərəkətə gətirib. Müxtəlif təzyiq metodları işə salınır. Sözsüz ki, rəsmi Moskvanın öz çeşidli təxribat xarakterli siyasi texnologiyaları siyahısında Ermənistan ordusuna açıq dəstək vermək tendensiyası da var. Rusiyanın əlaltısı olan Ermənistanın düyməsinin Kremldə olduğu da dəqiqdir və Sərkisyan hakimiyyəti heç zaman Moskvanın maraqlarından kənar addım atmaz. Deməli, atəşkəs rejimin pozulmasında “Şimaldan əsən küləklər” çox böyük rola malikdir. Atəşkəsin indiki zamanda pozulması isə Rusiyanın xeyrinə işləyir. Əks təqdirdə Putin administrasiyasının buyruqçusu olan işğalçı dövlət atəşkəsin pozulmasına görə məsuliyyət daşıdığını dərk edib əməllərindən əl çəkərdi.    

 

Hazırki situasiyada prezidentlərin Sankt-Peterburq və Vyana görüşləri, həmçinin 2016-cı il aprelin 5-də Azərbaycan və Ermənistan Baş Qərargah rəislərinin imzaladıqları atəşkəs müqaviləsi Bişkek protokollarını əvəz edir.

 

Vüqar İSMAYILOV

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Paytaxtda restoran yanıb
19.08.2017, 01:09

Paytaxtda restoran yanıb

Mingəçevirdə naməlum kişi meyiti tapılıb
19.08.2017, 00:56

Mingəçevirdə naməlum kişi meyiti tapılıb

Barselonada terror törədənlərin hamısı məhv edilib - FOTO
19.08.2017, 00:44

Barselonada terror törədənlərin hamısı məhv edilib - FOTO

ABŞ Suriyada qalmayacaq
19.08.2017, 00:27

ABŞ Suriyada qalmayacaq

Almaniyada heç bir müdaxiləyə icazə verilməyəcək
19.08.2017, 00:09

Almaniyada heç bir müdaxiləyə icazə verilməyəcək

Livan hərbçiləri ABŞ silahlarını ələ keçirib
18.08.2017, 23:53

Livan hərbçiləri ABŞ silahlarını ələ keçirib

Məktəbli formaları alanlar aldadılır - VİDEO
18.08.2017, 23:39

Məktəbli formaları alanlar aldadılır - VİDEO

Azərbaycan nefti ucuzlaşdı
18.08.2017, 23:25

Azərbaycan nefti ucuzlaşdı

Qubada iki uşaq atasını baltalayıb öldürdülər - VİDEO
18.08.2017, 23:09

Qubada iki uşaq atasını baltalayıb öldürdülər - VİDEO

Finlandiya polisi hadisəni terror kimi qiymətləndirmir
18.08.2017, 22:48

Finlandiya polisi hadisəni terror kimi qiymətləndirmir

Fritaunda ölənlərin sayı 461 nəfərə çatıb
18.08.2017, 22:34

Fritaunda ölənlərin sayı 461 nəfərə çatıb

Trampın müşaviri vəzifəsindən uzaqlaşdırılıb
18.08.2017, 22:23

Trampın müşaviri vəzifəsindən uzaqlaşdırılıb

Bakıda avtobus sürücüsünün üstünə tapança çəkildi - VİDEO
18.08.2017, 22:09

Bakıda avtobus sürücüsünün üstünə tapança çəkildi - VİDEO

Almaniyada bıçaqlı şəxs kütləyə hücum edib
18.08.2017, 21:56

Almaniyada bıçaqlı şəxs kütləyə hücum edib

16 suala cavab verin, qaraciyərinizin vəziyyətindən agah olun - TEST
18.08.2017, 21:42

16 suala cavab verin, qaraciyərinizin vəziyyətindən agah olun - TEST

Barselonadakı terrorda ölənlərin sayı 15 nəfərə çatıb
18.08.2017, 21:40

Barselonadakı terrorda ölənlərin sayı 15 nəfərə çatıb

Məhəmməd peyğəmbərin ölümdən başqa bütün xəstəliklərin dərmanı adlandırdığı QARA ZİRƏ
18.08.2017, 21:26

Məhəmməd peyğəmbərin ölümdən başqa bütün xəstəliklərin dərmanı adlandırdığı QARA ZİRƏ

Bakıda jurnalistlər üçün təlim keçirilib
18.08.2017, 21:12

Bakıda jurnalistlər üçün təlim keçirilib

Yeltsinin avtomobili satışa çıxarılıb
18.08.2017, 20:57

Yeltsinin avtomobili satışa çıxarılıb

Finlandiyada naməlum şəxs insanlara hücum etdi: 2 ölü
18.08.2017, 20:43

Finlandiyada naməlum şəxs insanlara hücum etdi: 2 ölü

Keçmiş telekanal rəhbərinin oğlu çayda batdı
18.08.2017, 20:30

Keçmiş telekanal rəhbərinin oğlu çayda batdı

Bodrumda yenidən zəlzələ olub
18.08.2017, 20:16

Bodrumda yenidən zəlzələ olub

Bərdədə 7 yaşlı uşaq xəstəxanada öldü
18.08.2017, 20:02

Bərdədə 7 yaşlı uşaq xəstəxanada öldü

Eyni mənzili bir neçə şəxsə satan şirkət rəhbəri həbs edildi
18.08.2017, 19:41

Eyni mənzili bir neçə şəxsə satan şirkət rəhbəri həbs edildi

Gürcüstanda azərbaycanlı həbs olunub
18.08.2017, 18:56

Gürcüstanda azərbaycanlı həbs olunub

Finlandiyada bıçaqlı hücum: 1 ölü, 2 yaralı
18.08.2017, 18:38

Finlandiyada bıçaqlı hücum: 1 ölü, 2 yaralı

Azərbaycan prezidenti əfqanıstanlı həmkarına məktub göndərib
18.08.2017, 18:29

Azərbaycan prezidenti əfqanıstanlı həmkarına məktub göndərib

Nazirlik yol qırağına tullantı atanlarla bağlı polisə müraciət etdi 
18.08.2017, 18:17

Nazirlik yol qırağına tullantı atanlarla bağlı polisə müraciət etdi 

Gəncə sakini qayadan çaya düşərək ölüb
18.08.2017, 18:09

Gəncə sakini qayadan çaya düşərək ölüb

Putin Krıma getdi
18.08.2017, 17:48

Putin Krıma getdi

Baş Prokurorluq 3 sayta xəbərdarlıq etdi
18.08.2017, 17:31

Baş Prokurorluq 3 sayta xəbərdarlıq etdi

Dənizdə batan daha 4 nəfər xilas edilib
18.08.2017, 17:29

Dənizdə batan daha 4 nəfər xilas edilib

“Müxalifətin cəbhəyə getməsinə ehtiyac yoxdur” – Komitə sədrindən AÇIQLAMA
18.08.2017, 17:23

“Müxalifətin cəbhəyə getməsinə ehtiyac yoxdur” – Komitə sədrindən AÇIQLAMA

Dolların 3 günlük məzənnəsi açıqlandı
18.08.2017, 17:21

Dolların 3 günlük məzənnəsi açıqlandı

Prezident "Azərsu"ya 5.78 milyon manat ayırdı
18.08.2017, 17:17

Prezident "Azərsu"ya 5.78 milyon manat ayırdı

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(50%)
SOCAR-dan(6.38%)
Lukoil-dan(17.0%)
Bunların heç birindən - başqasından(26.5%)