Modern.az

Avropa İttifaqı Azərbaycanda 70 layihəyə 90 milyon avro ayırıb

 Avropa İttifaqı Azərbaycanda 70 layihəyə 90 milyon avro ayırıb

İqtisadiyyat

18 Aprel 2017, 11:45

Avropa İttifaqı 2007-ci ildən indiyə kimi Azərbaycanda vətəndaş sektorunun 70-dək layihəsinə 90 milyon avro vəsait ayırıb.

 

Modern.az-ın məlumatına görə, bunu Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

O deyib ki, bu layihələr qadınlar, sosial işçilər, jurnalistlər, hakimlərin treninqləri və s. sahələri əhatə edən layihələr olub.

M.Mard qeyd edib ki, Azərbaycan cəmiyyətinin inkişafı üçün bu əməkdaşlığı davam etdirəcəyik.

 

O əlavə edib ki, Aİ 10,5 milyon avro həcmində təhsil və işlə təminetmə üzrə yeni maliyyə ayırıb:

"Bu layihələr Azərbaycan vətəndaşlarının xeyrinədir".

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı