Modern.az

Tovuzda qardaş qardaşı güllələdi

Tovuzda qardaş qardaşı güllələdi

Aktual

21 Aprel 2017, 12:05

Aprelin 20-də Tovuz rayonunun İbrahimhacılı kəndində kənd sakini olan 15 yaşlı yeniyetmə ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən qardaşı, Rusiya vətəndaşı Sərxan İsmayılov xəsarət alıb və hadisə yerində ölüb.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Tovuz RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-16" markalı tüfəng götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır