Modern.az

Qubada nəzir qutusundan pul OĞURLANDI

Qubada nəzir qutusundan pul OĞURLANDI

Aktual

21 Aprel 2017, 13:36

Qubada məscidin nəzir qutusundan pul oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az -a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon sakini Natiq Musayevin cibindən 300 manat pul oğurlamaqda şübhəli bilinən həmyerliləri Qalib Əlibəyov və Sadiq Əmrəliyev tutulublar.

Ətraflarında aparılan tədbirlərlə onların həmin gün şəhər sakinləri Asif Əsgərov, Taleh Atakişiyev, Murad Məmmədov və Elçin Əliyevlə birgə rayon ərazisindəki məscidlərdən birindəki nəzir qutusundan 300 manat pul oğurlamaları, habelə rayon sakini Natiq Kərimovun "VAZ-2106" markalı avtomobilini qaçırmaları da müəyyən edilib.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı