24 iyul 2017, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - "CDB Bank"ın "Atabank"a birləşməsi nəyi dəyişəcək - RƏSMİ 
"CDB Bank"ın "Atabank"a birləşməsi nəyi dəyişəcək - RƏSMİ  +
21.04.2017, 14:46

Aprelin 21-də “Exclsior” hotelində “Caspian Development Bank”ın “Atabank”a qoşulması ilə bağlı mətbuat konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri, “Synergy Group”, “Atabank” və "Caspian Development (CDB) Bankın rəhbərliyi iştirak edib.

“Synergy Group” MMC-nin icraçı direktoru İsmayıl Süleymanov təmsil etdiyi holdinqin ölkənin ən iri özəl investisiya holdinqlərindən biri olduğunu, ölkə iqtisadiyyatının müxtəlif sahələrində milyonlarla manat həcmində investisiyalar yatırdığını qeyd edib.

 

Konsolidasiya prosesinə qoşulmuş hər iki bankın “Synergy Group” ailəsinin üzvü olduğunu qeyd edən icraçı direktor, bir müddət öncə səhmdarların qərarına əsasən, “Atabank”ın mövcud nizamnamə kapitalının daha 20 milyon manat artırılaraq 70 mln. manata çatdırıldığını bildirib.

 

Bununla yanaşı, bankların kapital mövqeyinin möhkəmlənməsi, maliyyə vasitəçiliyinin effektivliyinin və dərinliyinin artırılması və yüksək likvidliyə malik yeni bankın yaradılması zərurətini nəzərə alaraq, “Caspian Development Bank”ın “Atabank”a qoşulması barədə qərar qəbul edildiyi diqqətə çatdırılıb.

 

İ.Süleymanov korporativ idarəetmə sisteminin ən yüksək standartları çərçivəsində yenidən təşkil edilmiş “Atabank”ın yeni keyfiyyət səviyyəsi nümayiş etdirəcəyini, maliyyə dayanıqlığı göstəricilərinin qanunvericiliyin müəyyən etdiyi kriteriyalara ən yüksək şəkildə cavab verəcəyini bildirib.

 

Vurğulanıb ki, bank əmanətçilər və investorların maraqlarının qorunmasına yönəlmiş strategiya çərçivəsində öz kəmiyyət və keyfiyyət tələblərini yüksək səviyyədə davam etdirəcək, idarəetmə potensialı gücləndiriləcək, bankın sağlam və effektiv fəaliyyəti təmin ediləcək. Qoşulmadan sonra “CDB Bank”ın hüquqi varisi olduğuna görə, bütün hüquq və vəzifələr “Atabank”a keçəcəkr və bu səbəbdən əmanətçilərlə bağlı hər hansı sual olmayacaqdır.

Səhmdarların digər qərarına əsasən, bank xidmətlərinin səviyyəsinin artırılması və müştərilərə daha rahat və keyfiyyətli xidmətin təqdim edilməsi məqsədilə yaxın zamanlarda böyüyən bankın sərəncamına Xətai rayonunda yeni müstəqil inzibati bina veriləcəyi də media nümayəndələrinin diqqətinə çatdırılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin üzvü İmran Məmmədov bankların yenidən təşkili ilə bağlı ideyanın bu ilin əvvəlindən mövcud olduğunu və bu barədə Palataya müraciət edildiyini bildirib. Sön 2-3 ay ərzində bu prosesin bankların maliyyə dayanıqlığına potensial təsiri və nəticələri, bütövlükdə bank sektoruna olan effekti təhlil edilirdi. Bu prosesin hər iki bank üçün sinerji effekti verəcəyi və uğurlu nəticələr yaradacağını qeyd edən İ.Məmmədov daha güclü və dayanıqlı bir bank formalaşacağını vurğulayıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının bank nəzarəti orqanı olaraq bu prosesdə yaxından iştirak edəcəyi və müştərilərin məmnunluğunun qorunmasının əsas prioritetlərdən olacağı bildirilib.

 

"Atabank" İdarə heyətinin sədri Dəyanət Quliyev bankların konsalidisiyasının səhmdarların birgə qərarı olduğunu, bu prosesinin sonunda bank sektorunda daha böyük, keyfiyyətcə yeni, müştəriyə fokuslanmış, innovativ və iddialı bir bankın ərsəyə gələcəyini qeyd edib. Onun sözlərinə görə, hər iki bank müsbət bank və maliyyə göstəricilərinə malik, iqtisadiyyatın müxtəlif sahələrinin kreditləşdirilməsində ixtisaslaşmış və milli bank tariximiz üçün heç də az olmayan təcrübəyə malik banklardır. Bununla belə, səhmdarların qərarına əsasən, qoşulma prosesi məhz 25 illik bir tarixə malik “Atabank” üzərindən aparılacaq.

 

D,Quliyev bildirib ki, bankların resurslarının birləşdirilməsi nəticəsində kifayət həcmdə maliyyə ehtiyatları formalaşacaq və bankın kapital mövqeyi möhkəmlənəcək. Kapital bazasının gücləndirilməsi, etimadın artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi hesabına müştəri bazası genişlənəcək. Konsolidasiya prosesinə qoşulmuş bankların ölkə iqtisadiyyatının aparıcı sahələrində böyük sərmayələr yatırmış korporativ müştərilərə malik olduğunu qeyd edən D,Quliyev bankın strateji hədəfinin geniş müştəri kateqoriyasına fokuslandığını vurğulayıb.

 

Bildirilib ki, bank yeni inkişaf strategiyası əsasında işləyəcək. “Atabank” infrastrukturunu gücləndirməyi, bank xidmətlərinin çeşidinin genişləndirilməsini və dəyərinin ucuzlaşmasına nail olunmağı hədəfləyir. Bununla yanaşı, bankın idarəetmə sisteminin təşkili əhəmiyyətıli şəkildə yaxşılaşdırılacaq, daha effektiv, daha çevik, “bir addım öndə” prinsipinə əsaslanan administrativ inzibatçılıq tətbiq ediləcəkdir.

D.Quliyev həmçinin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair “PwC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edildiyini qeyd edib. Beynəlxalq təcrübəyə əsaslanaraq, nüfuzlu konsaltinq şirkətinin konsalidasiya prosesinə cəlb edilməsi prosesin qısa zaman kəsiyində, beynəlxalq standartlara uyğun şəkildə başa çatmasına imkan verəcəkdir. Hazırda bankların birləşdirilməsi prosesinin mövcud bank qanunvericiliyinin müddəalarına əsasən hüquqi prosedurlarının, informasiya texnologiyaları, maliyyə hesabları sahəsində inteqrasiyasının həyata keçirilməsinə başlanıb.

 

"Caspian Development Bank”ın Müşahidə Şurasının sədri Fərəh Məmmədova CDB bankın heç də asan olmayan bir dövrdə yarandığını, lakin buna baxmayaraq, dinamik inkişaf sərgilədiyini, aktivlərin artdığını və müştəri bazasının genişləndiyini qeyd edib.

 

Onun sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən strateji yol xəritələrinin hazırlanması və həyata keçirilməyə başlanması bank sektorunda son iki ildə baş verən tənəzzül prosesinin aradan qaldırılması, maliyyə sektorunun sağlamlaşdırılması, müştəri və investorların banklara sarsılmış inamının bərpa olunmasına imkan verib. F.Məmmədova vurğulayıb ki, CDB bankın “Atabank”a konsolidasiyasında məqsəd məhz bu siyasətə dəstək olmaq, daha güclü, dayanıqlı bank formalaşdırmaq, mövcud bazar paylarını artırmaq, ölkə iqtisadiyyatına, bank sektoruna daha səmərəli töhvə verməkdir.

CDB bankın daim əsas hədəfi müasir bankçılıq prinsipləri və qabaqcıl texnologiyaları tətbiq etməklə müştəriləri üçün faydalı və lazımi məhsul və xidmətlər yaratmaq, onların maliyyə alətlərinə olan tələblərini qarşılamaq, ölkədə prioritet hesab olunan kiçik və orta sahibkarlığı dəstəkləmək olub. Konsolidasiyadan sonra da bu hədəflərin yenə də prioritet olacağını bildirən F.Məmmədova bu birləşmənin gələcək inkişaf üçün geniş perspektivlər açacağını bildirib.

“PricewaterhouseCoopers” şirkətinin təmsilçisi Mövlan Paşayev bildirib ki, bankların konsalisasiya prosesi kompleks bir prosesdir. Konsalidasiya prosesi zamanı maliyyə, kadr, informasiya texnologiyaları, hüquq və vergi amilləri nəzərə alinmali və idarə olunmalıdır. Aktivlərin qiymətləndirilməsinin aparılmasına məsul olacaq “PwC” şirkəti bu prosesi maksimal tez, müştərilər üçün fasiləsiz, menecment üçün çevik və rahat şəkildə həyata keçirəcəkdir. Bankların menecmenti konsolidasiya prosesinin nümunəvi keçirilməsi, yüksək səmərəli, cəlbedici müştəri xidməti, daha güclü və dayanıqlı bank yaradılmasına nail olmağı hədəfləyib. Bunun üçün şirkətin yerli və regional bank mütəxəssislərindən ibarət olan komanda qurulub, postsovet və Avropa ölkələrində oxşar birləşmələr aparmış böyük təcrübəyə malik kadrlar cəlb edilib. M.Paşayevin sözlərinə görə, artiq konsolidayasiya prosesinin yol xəritəsi hazırlanıb və işçi qruplar onun icrasına başlayıblar. Konsolidasiya prosesinin 2 mərhələdən – birləşmə və inteqrasiyadan ibarət olacağını bildirən M.Paşayev ilkin mərhələdə qiymətləndirmənin aparılacağını, mövcud maliyyə, hüquq, kommersiya vəziyyətinin yoxlanacağını və bunun əsasında inteqrasiya mərhələsində konkret addımların müəyyən ediləcəyini vurğulayıb.

 

Qeyd edək ki, ”Atabank”ın 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bank 3000-dən çox korporativ və 50000-dən artıq fiziki şəxslərdən ibarət müştərilərə malikdir. Çoxsaylı müasir bank xidmətləri, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri və s. xidmətlər göstərir, iqtisadiyyatın əksər sahələrində şirkət və təşkilatların kreditləşdirilməsini həyata keçirir.

Bankın xidmətlərindən minlərlə fərdi müştəri də yararlanır. 22 filiala və 4 şöbəyə malik bank bu 25 ildə öz müştəriləri ilə birlikdə hərəkət edib, onlarla birlikdə inkişaf edib və böyüyüb. Bankın müştəri bazasına yalnız Azərbaycanın deyil, ümumilikdə regionun iri şirkətləri daxildir.

“Atabank” bu 25 ildə kifayət qədər ilklərə imza atıb. İlk mobil bankinqin tətbiqi məhz “Atabank”da baş tutub. Bank kartları sahəsində bir çox yeniliklər ölkəmizdə ilk dəfə burada tətbiq olunub. “Atabank” keyfiyyətin idarəetmə sisteminin müasir standartlara uyğunluğunu təmin edən beynəlxalq sertifikatlaşdırma prosesindən keçib. Londonda yerləşən “Global Banking and Finance Review” analitik jurnalı tərəfindən “2013-cü ildə Azərbaycanın ən yaxşı kommersiya bankı” mükafatına layiq görülüb.

 

Bu günə “Atabank”ın xətti ilə iqtisadiyyata yuz milyonlarla manat maliyyə resursları ayrılıb.

 

“AtaBank” ASC-nin aktivləri 500 mln. manata, depozit portfeli 300 mln. manata yaxındır. Bankın hazırki kredit portfelinin həcmi 400 mln manatdan yuxarıdır və bu ölkə bankları arasında 7-ci göstəricidir. Xarici banklar qarşısında öhdəlikləri yoxdur.

 

Gülşən RAUFQIZI

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yaponiyada 5,7 bal gücündə zəlzələ olub
24.07.2017, 01:01

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub

Suriyada partlayış: 12 ölü, 20 yaralı
24.07.2017, 00:45

Suriyada partlayış: 12 ölü, 20 yaralı

Ərdoğan  vəliəhdlə bağlı qapı arxasında görüşdü
24.07.2017, 00:26

Ərdoğan  vəliəhdlə bağlı qapı arxasında görüşdü

İordaniyada İsrail səfirliyinə hücum edən öldürüldü - Yenilənib
24.07.2017, 00:09

İordaniyada İsrail səfirliyinə hücum edən öldürüldü - Yenilənib

İran 5,4 ballıq zəlzələdən silkələndi
23.07.2017, 23:40

İran 5,4 ballıq zəlzələdən silkələndi

İŞİD-ə məxsus zavod məhv edildi
23.07.2017, 23:22

İŞİD-ə məxsus zavod məhv edildi

Şıxov çimərliyində əcnəbi turistin paltarını oğurladılar
23.07.2017, 23:01

Şıxov çimərliyində əcnəbi turistin paltarını oğurladılar

Erməni əsgər meyiti asılmış vəziyyətdə tapılıb
23.07.2017, 22:29

Erməni əsgər meyiti asılmış vəziyyətdə tapılıb

Şəmkirdə kütləvi zəhərlənmə
23.07.2017, 22:14

Şəmkirdə kütləvi zəhərlənmə

Ərəb Dövlətləri Liqası Qüdsə görə toplanır
23.07.2017, 21:58

Ərəb Dövlətləri Liqası Qüdsə görə toplanır

Bakıda naməlum avtomobil italiyalı qadını vurub qaçdı
23.07.2017, 21:39

Bakıda naməlum avtomobil italiyalı qadını vurub qaçdı

24 yaşlı gənc istirahət mərkəzində öldü
23.07.2017, 21:22

24 yaşlı gənc istirahət mərkəzində öldü

"Ermənilər hər gün Ağdamın işğal altında olan ərazilərinə od vurur" - İcra başçısı
23.07.2017, 21:08

"Ermənilər hər gün Ağdamın işğal altında olan ərazilərinə od vurur" - İcra başçısı

İran İraqla hərbi sahədə razılığa gəldi
23.07.2017, 20:53

İran İraqla hərbi sahədə razılığa gəldi

Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaları dəstəkləyir
23.07.2017, 20:42

Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaları dəstəkləyir

Rusiya hərbi gəmiləri Bakıda - VİDEO
23.07.2017, 20:24

Rusiya hərbi gəmiləri Bakıda - VİDEO

İranda qatar relsdən çıxdı
23.07.2017, 20:11

İranda qatar relsdən çıxdı

Bərdə sakini Kürdə batdı
23.07.2017, 19:41

Bərdə sakini Kürdə batdı

Ərdoğanın rektor təyin etdiyi professor öldü
23.07.2017, 17:55

Ərdoğanın rektor təyin etdiyi professor öldü

Batmış gəmidən 4 ton qızıl tapıldı 
23.07.2017, 17:32

Batmış gəmidən 4 ton qızıl tapıldı 

Texasda yük maşınında 8 miqrantın cəsədi aşkarlandı
23.07.2017, 17:04

Texasda yük maşınında 8 miqrantın cəsədi aşkarlandı

Türkiyə bəzi İŞİD-çilərin siyahısını Azərbaycanla birgə HAZIRLAYIB
23.07.2017, 17:00

Türkiyə bəzi İŞİD-çilərin siyahısını Azərbaycanla birgə HAZIRLAYIB

Deputat İlham Əliyevlə Putinin görüşünü şərh etdi 
23.07.2017, 16:44

Deputat İlham Əliyevlə Putinin görüşünü şərh etdi 

İnsanın iradəsi azaddırmı?
23.07.2017, 16:25

İnsanın iradəsi azaddırmı?

Dənizdə batan 2 nəfər xilas edilib
23.07.2017, 16:02

Dənizdə batan 2 nəfər xilas edilib

23.07.2017, 15:52

"Bir neçə hərbi əməliyyat barədə yaza bilmədim" - kitabı çıxan Rey Kərimoğlu 

Rusiya ABŞ-ı qorxuya salıb
23.07.2017, 15:32

Rusiya ABŞ-ı qorxuya salıb

Yetim Eyvaz vəfat etdi
23.07.2017, 15:27

Yetim Eyvaz vəfat etdi

SPİD xəstəsi olduğunu ərindən gizlətdi - Məsələ məhkəməyə qədər uzandı   
23.07.2017, 14:54

SPİD xəstəsi olduğunu ərindən gizlətdi - Məsələ məhkəməyə qədər uzandı  

Dövlət büdcəsindən oğurlanan pullar xarici bazarlara yatırılıb - Tağı Əhmədova daha bir İTTİHAM 
23.07.2017, 14:42

Dövlət büdcəsindən oğurlanan pullar xarici bazarlara yatırılıb - Tağı Əhmədova daha bir İTTİHAM 

I və IV qruplar üzrə keçirilən qəbul imtahanlarının düzgün cavabları AÇIQLANDI
23.07.2017, 14:12

I və IV qruplar üzrə keçirilən qəbul imtahanlarının düzgün cavabları AÇIQLANDI

Bakı limanında dəhşətli FACİƏ - Hadisənin səbəbləri araşdırılır
23.07.2017, 13:57

Bakı limanında dəhşətli FACİƏ - Hadisənin səbəbləri araşdırılır

Mənimlə Ağdamı tikməyə gedərsənmi?
23.07.2017, 13:41

Mənimlə Ağdamı tikməyə gedərsənmi?

Bitə baxıb köynəyi yandırmayın!
23.07.2017, 13:29

Bitə baxıb köynəyi yandırmayın!

Türkiyənin rus silahı alması ABŞ-ı narazı saldı
23.07.2017, 12:49

Türkiyənin rus silahı alması ABŞ-ı narazı saldı

ARXİV
SORĞU
Qarabağ danışıqlarını sürdürmək Azərbaycana nə vəd edir?
- Son hadisədən sonra Azərbaycan Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir(1.13%)
- Danışıqlar heç nə vəd etmir, ondan dərhal imtina olunmalı, müharibəyə başlanılmalıdır(71.5%)
- Danışıqlar davam etdirilməli, problemin sülh yolu illə həllinə çalışılmalıdır(3.40%)
- Minsk qrupunun vasitəçiliyindən imtina edib, digər beynəlxalq təşilatları işə qoşmaq lazımdır(2.27%)
- Ermənistana təzyiq üçün başqa alternativ yollar düşünülməildir(21.5%)